• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Putinlə görüşdən gözləntilərini açıqladı

Ərdoğan Putinlə görüşdən gözləntilərini açıqladı
17.09.2018 11:16
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib probleminin Rusiya və koalisiya ilə həllinin tərəfdarıdır və Rusiya prezidenti Vladimir Putinlə müsbət dialoqa ümid edir. 

Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, bunu Ərdoğan təyyarədə Azərbaycan səfərində onu müşayiət edən jurnalistlərə açıqlamasında deyib. 

"Tehran sammiti zamanı Putinin məsələyə daha müsbət yanaşmasını gördüm. İstəyirəm ki, o, bundan sonra da bu yanaşmanı davam etdirsin”, - o bildirib. 

Ərdoğan əlavə edib ki, İdlib probleminin həllini ABŞ-ın rəhbərlik etdiyi koalisiya və Rusiya ilə tapmaq lazımdır.
 
"Biz yenə də Putinlə Suriya və İdlibi müzakirə edəcəyik. Əgər vəziyyət belə davam etsə, nəticə çox ağır olacaq. Bunun qarşısını almaq üçün Rusiya və koalisiya ilə qərar verməliyik”, - o qeyd edib. 

Türkiyə prezidenti deyib ki, onun ölkəsinin ABŞ-la Suriya məsələsində fikir ayrılığı var. 

Türkiyənin İdlib problemi ilə bağlı baxışına toxunan Ərdoğan Rusiyaya terrorçulara qarşı birgə fəaliyyət aparmağı təklif edib.

Rusiya və Türkiyə prezidentləri bu gün Soçidə bir araya gələcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol