• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayılovun qətli: Niyə başından və ürəyindən?

İsmayılovun qətli: Niyə başından və ürəyindən?
20.09.2018 09:37
Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Beşiktaşda polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, "Sabah” qəzeti saxlanılan şəxsin sürücüsü ilə küçədə gəzərkən tutulduğu bildirilib. Polisin onu cinayətdən 3 saat sonra yaxaladığı bəlli olub.

"Sabah” qətlin necə baş verdiyini də qeyd edib. Belə ki, Gözəl Dəmirov Etimad İsmayılovla axşam saatlarında ikincinin ofisində görüşüb. Birlikdə çay içən Dəmirovla İsmayılov arasında az sonra mübahisə yaşanıb. Mübahisənin borc ucbatından başladığı iddia edilib. Məhz bundan sonra Dəmirovun silahını çıxararaq İsmayılovu qətlə yetirdiyi vurğulanır.

Dəmirov İsmayılovu vurduqdan sonra onun işçilərini silahla təhdid edərək, ofisdən qaçıb.

Borc və ya pul mübahisəsi ilə bağlı ilkin informasiyalar təzadlıdır. Vaxtilə Azərbaycan DİN-də idarə rəisi olan keçmiş polis polkovniki Gözəl Dəmirovun o zaman baş verən insidentlə bağlı ölkədən Türkiyəyə qaçdığı və orada biznes qurduğu bildirilir. Bəzi məlumatlara görə, G.Dəmirov da normal iş adamlarından sayılıb. Hətta az öncə o, türkiyənin nəhəng iş adamı Yaşar Sönməzin qızının toyunda görüntülənmişdi. Bildirilir ki, Dəmirovun "Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla da biznes əlaqələri var.

Bəzi mənbələr E.İsmayılovla G.Dəmirovun birgə biznesinin (inşaat və təşkilatçılıq) olduğu, ortaqların mübahisəsinin buradan qaynaqlandığını ehtimal edir. Digər versiyada isə bildirilir ki, G.Dəmirovun işləri son vaxtlar yaxşı getmirmiş və maddi sıxıntı çəkirmiş. Ona görə də azərbaycanlı iş adamlarına dəstək üçün xahiş edibmiş. Etimad İsmayılov bu xahişi geri çevirdiyi üçün mübahisə yaranıb.

Bütün hallarda bilinən odur ki, G.Dəmirov əsəbiləşdiyi üçün tapançaya əl atmayıb, E.İsmayılovu qətlə yetirmək üçün, məhz killer kimi atəş açıb. Belə ki, iki güllə başına vurduqdan sonra 3-cü gülləni ürəyindən atıb.

Qeyd edək ki, İsmayılov dünən ofisində qətlə yetirilib. O, Azərbaycanın keçmiş baş prokuroru və ədliyyə naziri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.




Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol