• $
  • €
  • ₽
  • ₺
  • £

Etimad İsmayılovun nəşi Azərbaycana gətiriləcək - AÇIQLAMA

Etimad İsmayılovun nəşi Azərbaycana gətiriləcək - AÇIQLAMA
20.09.2018 09:58
"İlyas İsmayılovun oğlunun qətli ilə bağlı gecədən məlumatı var. Hələ də hadisənin şokundayıq”.

Anews.az xəbər verir ki, bunu modern.az-a Ədalət Partiyasının sədri, sabiq millət vəkili, eks-nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlə yetirilməsindən danışarkən partiyanın Aparat rəhbəri Mütəllim Rəhimli deyib. 

O vurğulayıb ki, hadisənin təfərrüatları ilə bağlı dəqiq məlumat yoxdur:

"Qətl Türkiyədə törədilib. Türkiyə mətbuatından məlumatları izləyirik. Cinayət işi açılıb və qətli törədən şəxsin yaxalandığı barədə məlumat yayılıb. Polis araşdırmanı davam etdirir. Hadisə ötən gecə saatlarında baş verdiyindən ətraflı məlumat əldə etmək imkanımız olmayıb”.

M. Rəhimli bildirib ki, İlyas İsmayılov və ailəsi hazırda Azərbaycandadır: "Hazırda dəfn işlərinə hazılrlıq görülür. Güman ki, bu gün mərhumun nəşi Azərbaycana gətiriləcək. Etimad İsmayılovun qətli ağır hadisə olduğundan hamımız sarsılmışıq”.

Qətlin baş vermə səbəblərinə gəlincə, M. Rəshimli mərhumun və ailəsinin hansısa şəxslərlə ədavətinin olmadığını diqqətə çatdırıb: "İlyas müəllimin və ailəsinin də şübhələndiyi, anlaşılmazlıq yaşadığı şəxslər olmayıb. Əgər hər hansı problem olsaydı, bu barədə əvvəldən məlumatımız olardı”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol