• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadakı ermənilərin işi çətinləşdi

Rusiyadakı ermənilərin işi çətinləşdi
20.09.2018 16:55
Rusiya Dövlət Dumasının nəqliyyat və tikinti məsələləri üzrə komitəsinin sədri Yevgeni Moskviçev xarici ölkə vətəndaşlarının Rusiyada taksi sürücüsü kimi işləməsini qadağan edən qanun layihəsi hazırlayacaq.

AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Moskviçev bu qərarını Rusiyada taksi sürücüləri ilə əlaqədar vəziyyətə nəzarətin çox zəif olması və sürücülərlə bağlı yaranan problemlərin artması ilə izah edib. 

Hazırlanacaq qanun layihəsi indidən Ermənistanda ciddi narazılıq doğurub. Erməni KİV-ləri və ictimai xadimləri bunu Rusiyada yaşayan ermənilərə zərbə kimi dəyərləndiriblər. Statistikaya görə, hər il minlərlə Ermənistan vətəndaşı iş tapmaq üçün Rusiyaya üz tutur və onların əksəriyyəti, əsasən, taksi sürücülüyü ilə məşğul olur. Bu mənada, xarici ölkə vətəndaşlarının Rusiyada taksi sürücüsü kimi işləməsinə qadağa qoyan qanunun qəbulu Rusiyadakı ermənilərin işini çətinləşdirməklə yanaşı, baş nazir Nikol Paşinyan üçün də ciddi problemlər yaradacaq. 

Erməni mətbuatı yazır ki, əgər belə bir qanun qüvvəyə minsə, Rusiyada taksi sürücülüyündən başqa alternativ iş tapa bilməyən ermənilər öz ölkələrinə geri dönməyə məcbur olacaqlar. Bu zaman hökumət Rusiyadan qayıdan minlərlə erməninin əmək məşğulluğunu təmin etməlidir ki, onlar işsizlikdən kriminallaşaraq son nəticədə xalqa yoxsulluq və işsizliyin azaldılacağına dair böyük vədlər verən Paşinyana qarşı çıxmasınlar.

Lakin qeyd olunur ki, indiki halda yeni hökumət hələ ki sadəcə "siyasi intiqam” almaqla məşğuldur və Ermənistanın özündə gənclər iş axtarışında ikən, ölkəyə qayıdan ermənilərin işlə təmin edilməsi böyük problemlər yaradacaq. Bu isə Serj Sarkisyan dövründəki sosial partlayışların təkrarlanması - bir sözlə, Paşinyan hakimiyyətinin sınağa çəkilməsi deməkdir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol