• $
  • €
  • ₽
  • ₺
  • £

Şaqqalayıb turşuda əritdilər – Jurnalist Camalın amansız qətli

Şaqqalayıb turşuda əritdilər – Jurnalist Camalın amansız qətli
16.10.2018 17:06
ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyə və Səudiyyə Ərəbistanında rəsmi səfərdədir. O, məşhur səudi jurnalist Camal Haşoqqinin (Türkiyə və Azərbaycan mediasında "Hakaci”, "Qaşıqçı”, "Haşıqçı” kimi qələmə verilir, – red.) müəmmalı şəkildə yoxa çıxmasını araşdıracaq.

Səudiyyə Ərəbistanının hakimiyyətinə, daha doğrusu varis şahzadə Məhəmməd bin Salmana qarşı sərt tənqidi mövqeyi ilə seçilən jurnalist oktyabrın 2-də Səudiyyənin İstanbuldakı baş konsulluğuna daxil olandan sonra itkin düşüb.

Pompeo dünən Ər-Riyadda kral Salman bin Əbdel Əziz əl Səudla görüşərək danışıqlar aparıb.

Kral jurnalistin baş konsulluğun binasındakı dindirmə zamanı keçindiyini etiraf edib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurası xüsusi bəyanat yayaraq Türkiyədəki müstəntiqlərin araşdırmalarını və təhqiqatını tam dəstəklədiyini vurğulayıb.

Dünən bir qrup türk polis və müstəntiq Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında araşdırmalar aparıblar. Eyni zamanda, səudi diplomatların maşınlarına baxış keçirilib, DNT nümunələri və əl izləri götürülüb.

Camal Haşoqqinin köşə yazarı olduğu The Washington Post-un yaydığı məlumata görə, jurnalist konsulluğun binasında qətlə yetiriləndən sonra onun cəsədi şaqqalanıb, çantalarla çıxarılaraq hava limanına aparılıb və orada Səudiyyə Ərəbistanına məxsus təyyarəyə yüklənib.

Tanınmış türk jurnalist Kamal Öztürk bildirib ki, Haşoqqinin qətl anlarının əks olunduğu video mövcuddur.

Bundan başqa, Səudiyyə Ərəbistanından xüsusi təyyarə ilə İstanbula 15 nəfərlik "qətl dəstəsi”nin gəlişinin videosu da var. Həmin dəstə Səudiyyə Ərəbistanının kəşfiyyatının əməkdaşlarından ibarətdir.

Dəstə Haşoqqi itkin düşməzdən 3 saat əvvəl İstanbula gəlib, qətldən dərhal sonra təyyarə ilə Ər-Riyada qayıdıb. Dəstədə Səudiyyə Ərəbistanının kəşfiyyatının polkovniki Maher Mutrebin, habelə patoloqoanatomun da olduğu bildirilir.

2017-ci ildən bəri ABŞ-da yaşayan Camal Haşoqqi türk nişanlısı ilə nikahını rəsmiləşdirmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna yollanmışdı.

The New York Times bildirir ki, Camal Haşoqqi konsulluqda qətlə yetiriləndən sonra onun cəsədi mişarla doğranaraq şaqqalanıb, sonra da kimyəvi turşuda həll olunub, polietilen paketlərə yığılaraq çantalara qoyulub və təyyarəyə aparılıb.

Səudiyyə Ərəbistanı və ABŞ arasındakı münasibətlərdə prioritet silah alverdir.

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra onun ilk rəsmi səfəri Səudiyyə Ərəbistanına olmuşdu.

"Ər-Riyadda kral Salman və Donald Tramp arasında aparılmış danışıqlarda razılaşma əldə olunub. Şərtlərə görə, səudilər sürəkli olaraq ABŞ-dan silah və hərbi texnika alırlar, bunun müqabilində də Vaşinqton onlara insan haqları və demokratiya ilə bağlı mühazirələr oxumur.(milli.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol