• $
  • €
  • ₽
  • ₺
  • £

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları
19.10.2018 15:25
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı Tvitter üzərindən bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əleyhinə əməliyyat keçirməyi planlaşdırırdı. Bu plan İsrail tərəfindən ifşa edilərək Məhəmməd ibn Salmana bildirilib. Bundan sonra isə Qaşıqçının təhdid prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin "Haber7” saytının yazarı Taha Dağlı bildirib.

Onun sözlərinə görə, jurnalistin yoxa çıxması ilə aparılan istintaqın İstanbul ayağında məlumat oxları şahzadəni göstərirdi. Yazar qeyd edir ki, böhranın ABŞ ayağındakı izləri də onu göstərir:

"ABŞ kəşfiyyatının hesabatı ilə başlayaq. Hesabatda Qaşıqçının aradan götürülməsinə görə məsuliyyətin Məhəmməd ibn Salmanın üzərinə düşdüyü iddia edilmişdi. Bu iddia artıq qətiləşib. Hesabata görə, Qaşıqçının başına nə gəlibsə, onda Məhəmməd ibn Salmanın barmağı var. Bu hesabat ABŞ prezidenti Donald Trampa təqdim edilib. Əldə edilən məlumatlar hadisədə Məhəmməd ibn Salmanın rolunu sübut etmək üçün kifayətdir”.



Yazar qeyd edir ki, səudiyyəli jurnalistin Kanadada yaşayan dostu Ömər Əbdüləzizin sözləri də maraqlıdır. Əbdüləzizin sözlərinə görə, Qaşıqçı bir müddətdir Məhəmməd ibn Salmanın adamları tərəfindən təhdid edildiyini söyləyirdi. Jurnalist təhdidlərə aid səs qeydlərini işlədiyi "Vaşinqton Post” nəşri ilə paylaşıb.

"Təhdidləri edən isə şahzadənin mətbuat müşaviri Səudi əl-Kahtani idi. Təhdidlərin səbəbi vəliəhd şahzadəyə qarşı bir tvitter ordusu qurma planı idi. Qaşıqçı və Ömər Əbdüləziz arasında da sosial şəbəkə üzərində bu barədə yazışmalar olur. Bu yazışmalar Məhəmməd ibn Salmanın əlinə keçir”, - Taha Dağlı qeyd edib.

Amma onun sözlərinə görə, Qaşıqçının tvitter üzərində hazırladığı plan barədə yazışmalar Səudi əl-Kahtani və İsrail tərəfindən ifşa edilib.

"Burada maraqlı olan tək şey Qaşıqçının vəliəhd şahzadəni bu qədər qəzəbləndirəcək nələri bildiyi, nələri planlaşdırdığı və danışmasıdır”, - yazar yekunlaşdırıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol