• $
  • €
  • ₽
  • ₺
  • £

"Ağzımı bağlamayın" - Haşoqqinin qol saatına düşən səs yazısındakı yalvarışları

"Ağzımı bağlamayın" - Haşoqqinin qol saatına düşən səs yazısındakı yalvarışları
31.10.2018 11:26
Etməyin, ağzımı bağlamayın.

Anews.az milli.az-a istinaadən Habertürk-ün köşə yazarı Sevilay Yılmanın konsulluqda öldürülən jurnalist Camal Haşoqqi ilə bağlı məqaləsinin diqqət çəkən hissələrini təqdim edir:

"Bütün dünya, hər kəs, hamımız Səudiyyə Ərəbistanından "cəsəd haradadır?" deyə soruşuruq. Məncə, boş yerə bu sualı veririk. Bilirsiniz niyə? Çünki Səudiyyə bunun cavabını verə bilməz və bilməyəcək də. Səbəbi də odur ki, göstərməyə cəsəd yoxdur. Nəyi göstərsinlər?

Onu öldürüb, cəsədini "buxarlandırıblar". Əvvəlcə boğub, sonra da kimyəvi maddələrlə cəsədi yox ediblər. Bəzi hissələrini isə çemodanlara qoyaraq konsulluqdan çıxardıblar.

Səudiyyəli rəsmilər əvvəlcə özlərini heç nədən xəbərləri yoxmuş kimi göstərsələr də, sonradan səs yazısının olduğunu bilib, etiraf etmək məcburiyyətində qalıblar.

Bəs Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo, Səudiyyənin baş kəşfiyyatçısı və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspelin qulaq asdığı səs yazısında nələr var?

İstanbuldakı konsul Məhəmməd Uteybinin otağına gətirilən Haşoqqinin son sözləri "Etməyin, ağzımı bağlamayın" olub. 15 nəfərlik dəstə onu paketlə boğublar. Sonra da xüsusi alətlə cəsədi hissələrə ayırıblar.

Bəs görüntülər yoxdursa, bunu hardan bilirik?

Səs yazısından....

Belə ki, Haşoqqinin "etməyin, ağzımı bağlamayın, astma xəstəsiyəm" sözlərindən sonra başqa biri "yaxşıca bağla" deyib. Daha sonra Britaniyada təhsil almış Salah əl-Tubaqi "bir az uzundur, amma, eybi yox, öhdəsindən gələrəm" söyləyib və ətrafdakılara musiqi dinləməyi tövsiyə edib.

"Ağzımı bağlamayın" - Haşoqqinin qol saatına düşən səs yazısındakı yalvarışları
Təxminən 20 dəqiqə ərzində cəsədi parçaladıqdan sonra əvvəldən özləri ilə gətirdikləri çemodanlara yığaraq konsulluq binasından çıxarıblar.

Bilirəm ki, bu yazını oxuyanda ürəyiniz bulanır, üzünüzdə qəribə ifadə yaranır. Özünüzə "bunlar necə insanlardır?" deyə sual verirsiniz.

İnanın ki, mən də eyni hisslər keçirərək bu məqaləni yazıram.

Səudiyyə Ərəbistanının istədiyi tək şey olayın unudulmasıdır. Amma buna icazə verməməliyik. Cəsədi göstərməsələr belə, ən azından cəsədi necə parçaladıqlarını etiraf etsinlər".

Qeyd edək ki, jurnalist Camal Haşoqqi oktaybr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğu binasına sənəd götürmək üçün girərkən öldürülüb. Onun qolundakı "Apple" saatına düşən işgəncə anının səs yazısı nişanlısına verdiyi "iPhone" telefonu ilə sinxronizasiya olub.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol