• $
  • €
  • ₽
  • ₺
  • £

"Mossad"ın İranla bağlı əməliyyatı... – Tehrandan cavab

"Mossad"ın İranla bağlı əməliyyatı... – Tehrandan cavab
01.11.2018 22:00
İranın Xarici İşlər naziri Cavad Zərif İsrailin xüsusi xidmət orqanının - "Mossad"ı rəsmi Tehranın dünya ilə əlaqələrinə zərbə vurmaq məqsədilə saxta bayraq əməliyyatları keçirməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, iranlı nazir "Mossad"ın bununla dünyanı aldatmaq, manipulyasiya etmək məqsədi güdüyünü bildirib.

"Mossad" inadcıl bir şəkildə saxta bayraq əməliyyatları həyata keçirməklə bizim dünya ilə əlaqələrimiz mövzusunda qərarlığımızı gücləndirir", - Cavad Zərif deyib.

Nazir açıqlamanının davamında Türkiyə, Azərbaycan və İran arasındakı üçlü formatda toplantıya, habelə Pakistan səfərin’ işarə edərək "qonşularımızla sağlam əlaqələr bizim üçün prioritetdir" fikrini işlədib.

Qeyd edək ki, İsrailin Kan radiosu İsrail kəşfiyyatı tərəfindən Danimarkada fəaliyyət göstərən "Əhvaz"ın xilası üçün Ərəb Mübarizə Hərəkatı (ASMLA) üzvlərinə qarşı planlanan sui-qəsdlə bağlı kəşfiyyat məlumatının Danimarkaya "Mossad" tərəfindən ötürüldüyünü açıqlayıb.

Bundan sonra Danimarka xüsusi xidməti ASMLA üzvlərinə sui-qəsd planlaşdırdığı ehtimal olunan İran əsilli Norveç vətəndaşını İsveçin Göteborq şəhərində həbs edib.

İran XİN-in sözçüsü Bəhram Qasimi isə sui-qəsd iddiasını rədd edib, bunun İran ilə Avropa Birliyi ölkələri arasında mövcud olan normal münasibətləri pozmaq məqsədi güdən düşmən təxribatı olduğunu deyib.

Xatırladaq ki, ASMLA-nın qurucusu Əhməd Molla Nissi 2017-ci ildə Hollandiyanın Lahey şəhərində evinin önündə öldürülüb.

Onu da bildirək ki, "saxta bayraq" adlandırılan əməliyyatlar adətən, kəşfiyyat qurumlarının xalqı ayağa qaldırmaq, istiqamətləndirmək məqsədilə özlərinin həyata keçirdikləri gizli əməliyyatlar hesab olunur. Amma bunu bir qayda olaraq, hədəfdəki şəxslərin fəaliyyəti kimi təqdim edirlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol