• $
  • €
  • ₽
  • ₺
  • £

Zamirə Hacıyevaya 12 ilədək həbs cəzası verilə bilər

Zamirə Hacıyevaya 12 ilədək həbs cəzası verilə bilər
16.11.2018 11:34
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə 2019-cu ilin iyununda Londonda məhkəmə prosesi keçiriləcək. Z.Hacıyeva noyabrın 2-də İngiltərənin paytaxtı Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb.

Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. 2016-cı ildə Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı 2 mənimsəmə ittihamı irəli sürüb.

Musavat.com-un məlumatına görə, söhbət mənimsəmədən gedirsə, cəzası aşağıdakı maddələrlə müəyyən ediləcək:

Maddə 179. Mənimsəmə və ya israf etmə

179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama – yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

179.2. Eyni əməllər:

179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

179.2.2. təkrar törədildikdə;

179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

179.3.2. külli miqdarda törədildikdə;

179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə – 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bəs Z.Hacıyevanın Azərbaycana ekstradisiyası mümkün olacaqmı? Məsələ ondadır ki, Z.Hacıyeva britaniyalı istintaqçılara ifadəsində pulların ona deyil, hazırda həbsdə olan əri C.Hacıyevə məxsus olduğunu deyib. Əgər istintaq bu yöndə gedərsə, başqa sözlə pullar C.Hacıyevin olubsa, bu halda onun xanımının cinayət məsuliyyətinə cəlb olunma perspektivi çox aşağıdır. Faktiki olaraq Z.Hacıyevanın ərinə qarşı ifadə verməsi düşünülmüş bir plandır, məqsəd xanım Hacıyevanı məsuliyyətdən yayındırmaq cəhdidir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol