• $
  • €
  • ₽
  • ₺
  • £

500 min insan öləcək, 2,5 milyonu isə... – Hər şey ona doğru gedir?

500 min insan öləcək, 2,5 milyonu isə... – Hər şey ona doğru gedir?
30.11.2018 10:23
Bu gün Mərmərə dənizi sahilində zəlzələ baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, yerli vaxtla saat 05:36-da Yalova vilayətinin Çınarcık mahalında baş verən 4,1 bal gücündə zəlzələ İstanbul, Bursa və Tekirdağ kimi ətraf vilayətlərdə də hiss olunub.

Zəlzələ ocağının 14 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Qeyd edək ki, Mərmərə dənizi seysmoloji cəhətdən dünyanın ən aktiv bölgələrindən biri hesab olunur. Alimlər yaxın tarixdə bu bölgədə dağıdıcı zəlzələnin baş vermə ehtimalını yüksək qiymətləndirirlər.

Avqustda Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy belə bir proqnoz vermişdi ki, 15 il ərzində Mərmərə bölgəsində baş verməsi gözlənilən zəlzələdən sonra hündürlüyü 6 metrə çatan sunami yarana bilər.

Onun sözlərinə görə, 1509-cu ildə baş verən İstanbul zəlzələsinin eynisi bu gün olsa, 80 min bina dağıla bilər:

"Bu, minimum 150 min insanın həyatını itirməsi deməkdir. Bu, 500 minə qədər arta bilər. Qalan 2,5 milyon insana müvəqqəti sığınacaqlarda, bəlkə də iki il baxmaq məcburiyyətində qalacağıq”.

Professor ehtimal edilən İstanbul zəlzələsinin böyük dalğalara səbəb ola biləcəyini bildirib:

"İstanbul zəlzələsi böyük ehtimal Mərmərə dənizində olacaq. Sunami üzrə biliklər mənim ixtisasıma daxildir. Bu mövzu üzrə bir mütəxəssis olaraq bunu deyə bilərəm: Mərmərə qapalı dəniz olmasına baxmayaraq, sunami təhlükəsini özündə saxlayır. Mərmərə dənizində dalğaların hündürlüyü 3-6 metr arasında ola bilər. Amma bir metr hündürlüyündə olan sunami dalğasının İstanbul sahillərindən yüz metr içəri girməsi, sahildəki bütün avtomobillərin dənizə çəkilməsi anlamına gəlir. Məsələn, Ataköy düz bir yerdir. Su qarşısında heç bir divar yoxdur. Sunami dalğası Ataköyün axırına qədər gedəcək. Binalar salamat qala bilər, lakin zəlzələdən sonra çölə çıxan insanlar sunamidən zərər çəkə bilər. İnsanlar sunami dalğası ilə ölə bilər”.

Şükrü Ərsoy daha əvəvl bildirmişdi, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.

"Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır”, - deyə geoloq xəbərdarlıq etmişdi.

Zəlzələ barədə məlumatları təhlil edən Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri isə belə qənaətə gəliblər ki, İstanbulda yaxın 11-12 ildə böyük bir zəlzələnin baş vermə ehtimalı 60 faizdir.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener xəbərdarlıq etmişdi ki, Mərmərə dənizində yaxın gələcəkdə gücü 7 baldan daha yüksək olan zəlzələ baş verəcək.

"Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur”, - professor qonxunc ssenarinin qaçılmaz olduğunu vurğulayıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol