• $
  • €
  • ₽
  • ₺
  • £

Putin: Rusiya həqiqi bir dostunu itirdi

Putin: Rusiya həqiqi bir dostunu itirdi
22.10.2014 18:40

Rusiya prezidenti Vladimir Putin "Total" şirkətinin prezidenti Kristof de Margerin təyyarə qəzası nəticəsində həyatını itirməsinə münasibət bildirib. 

ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Putin Vnukova-3 aeroportundakı qəza zamanı Margerin həlak olduğunu eşidəndə şoka düşdüyünü deyib. Dövlət başçısı onun timsalında Rusiyanın həqiqi bir dostu itirdiyini bildirib. 

Putinin Fransa prezidenti Fransua Ollanda göndərdiyi başsağlığı məktubunda deyilir: ""Total" prezidenti Kristof de Margerin və heyətinin ölümü ilə nəticələnən qəza xəbərini eşidəndə şok oldum. Sizdən de Margerin ailəsinə və dostlarına başsağlığımı çatdırmağınızı xahiş edirəm".

De Margerlə birlikdə bir çox ortaq layihələri həyata keçirdiklərini, onun Rusiya ilə Fransa arasında uzun müddət enerji sahəsində uğurlu əməkdaşlığın memarı olduğunu bildirən Putin fikirlərini belə bitirib: "Biz ölkəmizin böyük bir dostunu itirdik. Onun xatirəsini hər zaman yaddaşımızda saxlayacağıq".

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol