• $
  • €
  • ₽
  • ₺
  • £

Oğlan uşağı doğanlara 50 min dollar mükafat... - FOTO

Oğlan uşağı doğanlara 50 min dollar mükafat... - FOTO
29.05.2020 12:09
Dubay – Birləşmiş Ərəb Əmirliyinin sahəsinə görə ikinci ən böyük əmirliyidir.  

Eyniadlı paytaxt – Dubay şəhəri bu gün Yaxın Şərqin ən məşhur turizm mərkəzi sayılır.
Metbuat.az Dubay və BƏƏ haqda maraqlı faktları təqdim edir:

- 40 il əvvəl BƏƏ-nin ərazisi başdan ayağa səhra olub.

- BƏƏ-də oğul övladın doğulmasına görə hökümət ailəyə 50 min dollar ayırır. Toy üçün 19 min dollar və villa bağışlayır, dövlət qulluqçusunun əmək haqqı isə 10 min dollara bərabərdir.

- Nə qədər müasir olsa da, Dubayda ictimai yerlərdə alkoqol qəbul etmək və daşımaq, dövlət əhəmiyyətli tikililərin və şəhərin bəzi görməli yerlərinin, həmçinin qadınların şəklini çəkmək, küçəyə zibil atmaq və avtostopla gəzmək qadağandır.

- Yol hərəkəti qaydalarını pozmağa görə cərimə 800 dollardır.

- Dubayda bütün avtobus dayanacaqlarında kondisionerlər işləyir.

- Dubayda at yarışlarının əvəzinə dəvə qaçışı yarışları keçirilir, dəvələri isə robotlar idarə edir. Həmçinin, səhrada "JEP safari" səyahətləri məşhurdur.

- İl ərzində bir sakin minimum 38 qram qızıl alır. Bir kişi evlilik təklifi zamanı xanıma 5 kiloqram qızıl hədiyyə etməlidir. Yeri gəlmişkən, evlilik üçün namizədi valideynlər seçir. Nikahdan kənar əlaqəyə görə isə cərimələnmək, hətta 3 ay həbs almaq olar.

- Nəqliyyatda qadınlar və kişilər ayrı gedir. Metro vaqonları, avtobus, hətta taksilərdə seksiyalar fərqlidir.

- Ramazan ayında küçədə yemək və içmək qadağandır. Qaydalara əməl etməyənləri isə cərimə gözləyir. Orucluq zamanı həyat gecə saatlarında qaynayır, çünki bu vaxt qadağalar aradan qalxır.

- İsti Ərəb Əmirliklərinin səhralıqlarında "Ski-Dubai" adlı dağ-xizək kurortu fəaliyyət göstərir. Burada xizəksürənlər üçün hər şərait var – təpələr, qarlı parklar. 2011-ci ildə isə BƏƏ buzüstü hokkey üzrə Beynəlxalq Federasiyanın tərkibinə qatılan ilk ərəb ölkəsi olub.

- BƏƏ-nin ən dəbdəbəli hoteli olan "Emirates Palas”da Yeni İldə 13 metr hündürülüklü və 11,4 milyon dollarlıq yolka quraşdırılıb. Oyuncaq əvəzində isə onun üzəri qiymətli əşyalarla bəzədilib. BƏƏ hotelləri ümumiyyətlə təccübləndirməyi bacarır. 28 böyük hotelin aşpazları tərəfindən ölkənin Müstəqillik Günü münasibətilə hazırlanan 2530,8 metrlik tort "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

- BƏƏ-də dünyanın ən hündür göydələni "Burj Khalifa” yerləşir – (828 metr).
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol