• $
  • €
  • ₽
  • ₺
  • £

"İŞİD hər an Bağdada hücum edə bilər"

"İŞİD hər an Bağdada hücum edə bilər"
14.10.2014 11:30
ABC kanalına müsahibə verən ABŞ Baş qərargah rəisi  Martin Dempsey İŞİD yaraqlılarının İraqın paytaxtı Bağdadın 25 kilometr yaxınına qədər irəlilədiyini açıqlayıb. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İraqın qərbindəki sünni əhalisinin sıx yaşadığı vilayətləri ələ keçirən və şimalda kürd rəhbərliyini təhdid edən cihadçı İŞİD İraqın paytaxtı Bağdada çox yaxınlaşıb. ABC xəbər kanalının "This Week" adlı proqramına müsahibə verən ABŞ Baş qərargah rəisi Martin Dempsey  bildirib ki, İŞİD Bağdad aeroportunu hədəf alıb. Martin - "Onlar aeroportun 20-25 kilometr yaxınlığına qədər gəliblər və əgər İraq silahlı ordusu onların qarşısını kəsə bilməsə, aeroportu ələ keçirəcəklər. Amma bizim o aeroporta ehtiyacımız var, bu halın baş verməsinə icazə verə bilmərik" - deyib. Dempsey - "Onları divara dırmanana qədər gözləyə bilmərik" ifadəsini işlədib və  "Heç bir şübhə yoxdur ki, yaxın gələcəkdə onlar birbaşa Bağdada atəş açacaqlar" - əlavə edib.  Baş Qərargah rəisi İraq və Suriyada həyata keçirilən hərbi əməliyyatların hədəfinin İŞİD olduğunu bildirib: "Əsəb bizim hədəfimiz deyil".ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol