• $
  • €
  • ₽
  • ₺
  • £

5 ölkə işğal üçün uyğun vaxtı gözləyir – Kəşfiyyat şefi

5 ölkə işğal üçün uyğun vaxtı gözləyir – Kəşfiyyat şefi
31.01.2019 22:00
Beş ölkənin ordusu Sudanın paytaxtı Xartuma hərəkət etmək üçün lazımı vaxtı gözləyir.

Anews.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Sudanın kəşfiyyat şefi Salah Abdullah Quş bildirib.

"Sudanda özlərinə müqavimət göstərəcək kimsənin qalmaması üçün xaos, qarət və ölüm hadisələri ilə ölkəni məşğul edən 5 ordu Xartuma doğru irəliləmək üçün uyğun vaxtın gəlməsini gözləyir", - o, Sudan Təhlükəsizlik Təşkilatının 42-ci məzuniyyət mərasimində çıxışında deyib.

Lakin o, sözügedən 5 ölkənin adını çəkməyib.

Ölkədəki solçuların və üsyançı hərəkatların iqtidarı ələ keçirməyə çalışdıqlarını söyləyən kəşfiyyat şefi ölkədəki bəzi siyasi qüvvələrin maraqlarının xarici güclərlə əlaqəli olduğunu vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da hökumətin çörəyin qiymətini qaldırmasından Nil çayı sahilindəki Atbera və Port Sudan şəhərlərində başlayan etiraz aksiyaları qısa müddətdə bir çox əyalətdə hakimiyyət əleyhinə nümayişlərə çevrilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol