• $
  • €
  • ₽
  • ₺
  • £

19-cu əsrdə doğulmuş qadın vəfat etdi - VİDEO

19-cu əsrdə doğulmuş qadın vəfat etdi - VİDEO
01.02.2019 11:21
Təsəvvür edin, dünyada 19-cu əsrdə doğulmuş adamlar yaşayır. Onlardan biri dünən vəfat edib.

Çeçenistanda yaşayan Koku İstambulova 129 yaşında həyatla vidalaşıb. Nəvəsi İlyas Abubakarov "RIA Novosti”yə deyib: "Təzyiqi aşağı düşdü, iynə vurduq. Amma xilas edə bilmədik. Bir az sonra öldü. Sakit, səssiz, ağlı yerində, dua edə-edə…”

İstambulovanın dəqiq hansı gün doğulduğu bilinmirdi. Yalnız o məlum idi ki, 1889-cu ildə dünyaya gəlib. Dəqiq doğum günü bilinmədiyindən, dünyanın ən yaşlı adamlarının rəsmi siyahısına da adını daxil etmirdilər.

Rəsmi siyahıya qalsa, dünyanın gəlib-getmiş ən yaşlı insanı Janna Kalman olub. Fransız qadın 122 il 164 gün yaşayıb. Janna 1997-ci ildə vəfat edib.

İndi dünyanın qeyri-rəsmi ən yaşlı adamı indoneziyalı Mbah Qoto sayılır. Kənddə yaşayan "qədim insan” 1870-ci ildə doğulub. Amma İndoneziya hökuməti də onun dəqiq doğum gününü müəyyənləşdirə bilməyib.

İstambulovanın 5 nəvəsi, 16 nəticəsi var. Uşaqlarının hamısı anadan əvvəl vəfat edib. (Bizimyol.info)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol