• $
  • €
  • ₽
  • ₺
  • £

​​​​​​​Tibdə unikal hadisə: 10 yaşlı oğlanın böyrəyi budundadır

​​​​​​​Tibdə unikal hadisə: 10 yaşlı oğlanın böyrəyi budundadır
29.05.2020 02:18
Mançester şəhərindən olan 10 yaşlı Hemiş Robinsonun böyrəklərindən biri bud nahiyəsində yerləşir.
Bu "özəlliyinə” görə H. Robinson dünyada hələlik yeganə insandır. Belə pozuntuya çox nadir hallarda təsadüf olunur. Hətta həkimlər bu hala oğlanın şərəfinə "Hemiş sindromu” adını veriblər.

Anews.az E-tibb.az-a istinadən bildirir ki, genetik pozulma səbəbindən böyrək uşağın qarın boşluğunda deyil, ayağındadır.

Öz yerində olmayan böyrək ektopik böyrək adlandır. Ektopik böyrəklərə kifayət qədər tez-tez rast gəlinir. Hər 900 nəfərdən birində bu hal müşahidə oluna bilər.

Lakin ingiltərəli uşaqda 7p22.1 adlı xromosumun olmamağı səbəbindən böyrək aşağı, bud nahiyəsinə düşüb. Sağ budun yuxarı hissəsində yerləşən böyrək normal fəaliyyət göstərir. Lakin artıq H. Robinsonun orqanizmində müəyyən problemlər baş qaldırmağa başlayıb. Belə ki, onun qulaqlarından biri eşitmə qabiliyyətini itirib.

H. Robinsonda ağır astma tutmaları, onurğa sütununda problemlər, fənləri öyrənməkdə çətinliklər də müşahidə olunur. O cümlədən danışıq üçün xüsusi kompüter aləti tələb olunur. Bundan əlavə, uşaqda qidalanma ilə bağlı çətinliklər də meydana çıxıb.

Övladının problemindən anası gec xəbər tutub. Yalnız uşaq hamı kimi vaxtında danışmağa başlamayanda anası onu həkimə aparıb.

Buna qədər 4 aylığında H. Robinsonun üzərində yırtıq əməliyyatı icra edilib. 8 müxtəlif mütəxəssisin, o cümlədən endokrinoloq, immunoloq və qastroenteroloqun yanında olub. Həkimlər yalnız 18 aylığında uşaqda unikal xromosom qüsuru aşkar ediblər, hansı ki, bu hal başqa heç kimdə yoxdur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol