• $
  • €
  • ₽
  • ₺
  • £

Davudoğlu yeni kampaniya başladı: "Gəl qucaqlaşaq"

Davudoğlu yeni kampaniya başladı: "Gəl qucaqlaşaq"
11.10.2014 12:02

Baş nazir Əhməd Davudoğlu Malatya proqramı çərçivəsində qeyri-hökumət təşkilatları və iş adamlarıyla yığıncaq keçirib. 

ANS PRESS-in məlumatına görə, yığıncaqda çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu son dövrdə yaşanan problemlərin aradan qaldırılması üçün yeni kampaniya elan edib.

"Türkiyənin hər bir nöqtəsində yaşayan vətəndaşlarımıza, qardaşlarıma yenidən səslənmək istəyirəm. Sabah bu oyunları dağıtmaq üçün hər kəs gördüyü qonşusuna, qarşılaşdığı dostuna, yoldaşına, tanımırsa belə küçədəkinə salam versin və qucaqlaşsın. Başımıza gətirilən oyunu daıtmaq üçün tək yol budur. "Haralısan" deyə soruşmasın. Etnik kimliyi, məzhəbi nədir soruşmasın. Şiə, sünni, kürd, türk qarşılaşdıqca “bu ölkə bizimdir, Allahın salamı üzərinə olsun” desin və qucaqlaşsın, bağrına bassın. Oyunu pozmağın çıxış yolu budur. Burada bir kampaniya, bir “Salam həftəsi” elan edək. Salam həm sülh deməkdir, həm qarşılıqlı salamlaşmaqdır. Bütün Türkiyədə bir həftə "Salam həftəsi" elan edilsin" - deyə Davudoğlu çıxışında bildirib.

"Bu fitnəbazlara qarşı ən təsirli olacaq şey budur. Böyük şəhərlərimizdə olanlar, xüsusilə İstanbulda olanlar, mütləq bir mənzildə bir Diyarbakırlı ilə bir Ədirnəli, bir İğdırlı ilə bir İzmirli mütləq eyni binadadır. Qapılarını açdıqlarında, qarşı qonşuluqdakı qapının zəngini çalsınlar və ya qarşılaşdıqlarında "Salamun əleykum" desinlər. "Məndən sənə zərər gəlməz, səndən mənə zərər gəlməz." İslam budur, İslam salam dinidir. Biz gördüyümüzə salam verərkən, əslində salamla birlikdə qarşı tərəfə bunu da söyləyərik, yəni "məndən sənə zərər gəlməz, sənin canın, malın mənimkindən əzizdir, mənim canım malımda sənin təhlükəsizliyin altındadır." Bəzi bizim ictimai mədəniyyəti bilməyən, özgəninkiləşdirilən bəzi ziyalılar salam verməyə xor baxırlar. Başqa şeylər söyləyirlər. Xeyr, salam insanlıq tarixinin ən böyük, ən gözəl şifrəsidir."- deyərək Davudoğlu çıxışını yekunlaşdırıb.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol