• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Qurban bayramını necə keçirdi? - Xeyriyyəçinin başı kəsildi

İŞİD Qurban bayramını necə keçirdi? - Xeyriyyəçinin başı kəsildi
29.05.2020 00:07

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması yola saldığımız Qurban bayramı günlərində də hücumlarına ara verməyib.

Teleqraf.com xəbər verir ki, bayramın ilk günündə İŞİD döyüşçüləri Türkiyənin Şanlıurfa vilayətinin Suruc rayonu ilə üzbəüz mövqedə yerləşən Suriyanın Kobani şəhərini zirehli texnikalardan atəşə tutub. 

Beləliklə, İŞİD üç həftəlik sıx hücumların ardından Kobaniyə girib. 

İngiltərədə yerləşən Suriya İnsan Haqları Təşkilatı İŞİD-in şəhərin Miktala əl-Cədidə və Kani bölgələrində bir xəstəxananı aldığını və sənaye bölgəsinə irəlilədiyini bildirib: "İŞİD 2 min militanla hücuma keçib, şəhərin şərq bölgəsini nəzarət altına alıb və şəhər mərkəzinə doğru irəliləyir". 

Oktyabrın 7-də isə İŞİD terrorçuları Kobani şəhərinə bayrağını sancıb. Türkiyə mətbuatında dərc edilmiş məlumatlardakı fotoda isə Kobanidəki yüksək bir binanın üzərində qara bayrağın dalğalandığı görünür.   

Kürd-peşmərgə qüvvələrinin tələbi ilə Qurban bayramında atəşkəsin elan ediləcəyinin gözlənildiyi bir vaxtda İŞİD qüvvələri britaniyalı xeyriyyəçi Alan Henninqin başını kəsib. 

Bu məsələ Britaniya hökuməti tərəfindən kəskin etirazla qarşılanıb. Britaniya baş naziri Devid Kemeron bildirib ki, İŞİD-in əlində olan digər girovları axtarıb tapmaq və bu qətlləri törədənlərin məsuliyyətə cəlb edilməsi üçün əlindən gələni edəcək.

Bu açıqlamanın ardından Suriya ilə sərhəd bölgəsində İŞİD qüvvələrinin atdığı mərmi Türkiyə ərazisinə düşüb və mərminin partlaması nəticəsində ordu qüvvələrinin xüsusi təyinatlılarının komandiri yaralanıb. Hadisədən sonra Türkiyə Silahlı Qüvvələri (TSK) bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib. 

Türkiyə torpaqlarının hansı istiqamətdən topa tutulduğu təyin edildikdən sonra TSK tankları həmin mövqelərə zərbələr endirib. Hücumlar nəticəsində İŞİD-ə məxsus hərbi maşınlardan ikisi yararsız hala salınıb. 

Kobaninin İŞİD tərəfindən işğalına etiraz etmək üçün Türkiyənin bir sıra bölgələrində aksiyalar başlayıb. Aksiyaçılar Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda Atatürk adına məktəbdən bayrağı endirərək yandırıblar. Həmçinin kürdlərin sıx yaşadığı Şırnak əyalətində də Atatürkə qarşı hörmətsizlik edilib.  Etirazçılar məktəbin darvazasını qıraraq Atatürkün büstünü dağıdıblar. Bu hadisələrin ardından polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Hadisə nəticəsində 8-i polis olmaqla 30 nəfər yaralanıb, 98 nəfər isə həbs olunub. Bundan sonra Türkiyənin bəzi bölgələrində komendant saatı elan edilib.

Bayram günlərində İŞİD militanları da itkisiz ötüşməyib. İraqda İŞİD-in yüksək səviyyəli komandirlərindən olan Şakir Vuheybi öldürülüb. İraq ordusunun komandiri Rəşid Felih orduya aid döyüş təyyarələrinin Ramadi şəhərinin Hit mahalında İŞİD-in mövqelərinə hücum təşkil etdiyini açıqlayıb. 

Bu arada kürd kamikadze qadın İŞİD yaraqlılarına qarşı intihar hücumu həyata keçirib. Əsl adı Dilar Gencxemiş olan kamikadze İŞİD ilə döyüşə girib və döyüş zamanı özünü partladaraq 27 silahlını öldürüb. Kamikadze qadın Kürd Xalq Müdafiə Birliyinin komandiri olub.

Rəsmilərin verdiyi açıqlamalara görə, İŞİD fəaliyyətini daha bir ölkədə nümayiş etdirib. İŞİD-in dəstəklədiyi "Nusra Cəbhəsi"nin yüzlərlə üzvü Livana girərək "Hizbullah"ın hədəflərinə hücum edib. "Hizbullaha" yaxın qaynaqlar bu qrupun 10 fərqli mövqeyinin hücuma məruz qaldığını bildirib.  Döyüşlər zamanı 16 "Nusra" üzvü öldürülüb. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol