• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin qərarından sonra Ağalarov sərvətini artırıb

Putinin qərarından sonra Ağalarov sərvətini artırıb
29.05.2020 07:34
Rusiyanın "Rospress" nəşri ölkə qanunvericiliyinin bir sıra iş adamlarının daha da zənginləşməsinə imkan yaratması ilə bağlı araşdırma hazırlayıb.

Anews.az "qafqazinfo"ya istinadla xəbər verir ki, xüsusilə dövlət satınalmaları zamanı qanunvericiliyin rəqabət prosedurlarını keçmək imkanı yaratmasının biznesmenlərin işinə yaradığı bildirilib:

"Təkcə 2017-ci ildə prezident və hökumət 418 milyard rubl həcmində rəqabətsiz satınalmalar həyata keçirib ki, bununla bağlı bütün müqavilələr də icra hakimiyyətləri ilə əlaqəli podratçılara, ölkənin birinci şəxslərinə yaxın insanların şirkətlərinə çatıb".

Nəşr bu fürsətdən yararlanan iş adamları arasında Araz Ağalarovun adını da qeyd edir:

"2017-ci ildə, demək olar ki, 400 milyard rubl 112 öhdəlik götürən tərəflər arasında bölündü. Bunun da 81 nəfəri icra hakimiyyətinin federal orqanlarına, 31-i isə fiziki şəxslərə aid idi. Onların arasında "Krokus İnterneşnl", "Stroyqazmontaj", "Xalqlar dostluğu", "Yeqorov, Puqinski, Afanasyev və Tərəfdaşları" və başqa şirkətlər olub.

Ümumi dəyəri 3 milyard 154 milyon rubldan çox olan 10 müqavilə Federal Gömrük Xidməti ilə biznesmen Araz Ağalarovun "Krokus İnterneşnl" şirkəti arasında imzalanıb. Müqavilələr Qırğızıstanda sərhəd və nəzarət-buraxılış məntəqələrinin yenidən qurulması, veterinar laboratoriyaların avadanlıqlarla təchiz edilməsi haqdadır".

Müqavilələrin Rusiya və Qırğızıstan arasında imzalandığı, bunda isə məqsədin Rusiyanın Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyasına kömək etmək olduğu göstərilir. Ölkələr arasındakı razılaşmaya əsasən, yeganə icraçı şirkət "Krokus İnterneşnl" 127 milyon dollar həcmində sifariş alacaq.

"Yalnız Rusiya-Qırğızıstan sərhədindəki avtomobil buraxılış məntəqələri heç bir müsabiqə elan edilmədən rəqabətsiz yenidən inşa edilir. Federal Gömrük Xidməti bütün müqavilələri birbaşa "Krokus İnterneşnl"a yönəldir. Bu isə Ağalarovun şirkətinə yeganə icraçı kimi əlavə imtiyazlar verir", - deyə nəşr yazır.

Bu işdə isə Araza Ağalarova baş nazirin birinci müavini İqor Şuvalovun vasitəçi və dəstək olduğu, bunun əsasında isə biznesmenlə Şuvalov arasında köhnə dostluq münasibətlərinin dayandığı qeyd edilib. Bu layihənin həyata keçirilməsinin "Krokus" şirkətinə tapşırılması isə qrant ayıran Rusiya tərəfindən irəli sürülən şərt kimi göstərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol