• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-ə qan udduran gözəllər - FOTOLAR

İŞİD-ə qan udduran gözəllər - FOTOLAR
29.05.2020 08:53

Suriyanın şimalında Rojava əyalətində İŞİD-ə qarşı döyüşən kürd qadinların sayı gündən-günə artmaqdadır.

 

Axar.az xəbər verir ki, Fransanın “Elle” jurnalı bu qadınlardan reportaj hazırlayıb. Ümumilikdə İŞİD-ə qarşı döyüşən kürd qadınlarının sayının 10 mini ötdüyünü bildirən jurnal bunun kürd qoşununun 40 faizi demək olduğunu qeyd edib:

 

“İŞİD kürd qadınlarını halal elan etdi. Buna görə də vəzifəmiz onlarla döyüşməkdir. Ümumilikdə İŞİD-ə qarşı 10 min kürd qadını döyüşür. Bu da kürd ordusunun 40 faizi deməkdir. Bu baxımdan qarşıdurma bölgəsi tarixin ən təəccüblü zamanlarını yaşayır”. 

 

Döyüşən qadınlar jurnala verdiyi müsahibədə bu döyüşçülərin əslində simvolik olduğunu, kişilərlə birgə azad cəmiyyət qurmaq istədiklərini deyiblər: “Qadınların döyüşdə önə çıxmasının simvolik bir mənası var. Burada bir qadın üçün İŞİD-ə qarşı döyüşmək qadın azadlığı mənasını verir. Qadınların azad olduğu bir cəmiyyət qurmaq istəyirik. Amma onlar isə bizim kimi qadınların qurduğu bir cəmiyyəti istəmirlər. Terrorçuların bizi halal və qənimət saymalarının səbəbi var. Qadının əlində öldükdə cəhənnəmə gedəcəklərini düşünürlər. Biz də onları cəhənnəmə göndərmək üçün burdayıq. Onların etdiklərinin islamla heç bir əlaqəsi yoxdur”.

 

Bu qadınların təkcə kürdlərdən ibarət olmadığını qeyd edən jurnal onların arasında ərəb, türk, xristian qadınlarının da olduğunu bildirir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol