• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyarderlərin obyektində axtarış - Mühasirəyə alınıb

Azərbaycanlı milyarderlərin obyektində axtarış - Mühasirəyə alınıb
29.05.2020 01:42
Hüquq-mühafizə orqanları Rusiyanın paytaxtı Moskvada "Sadovod” bazarı və "Moskva” ticarət mərkəzində axtarışlar aparır. 

Bu barədə "İnterfaks”a vəziyyət barədə məlumatlı mənbə məlumat verib. 

"Reydlər gecə saat 3 radələrindən Moskvanın cənub-şərqində yerləşən "Sadovod” bazarı və "Moskva” ticarət mərkəzində aparılır. Obyektlər mərkəzi polis və Miqrasiya Polisinin əməkdaşları tərəfindən mühasirəyə alınıb”,- deyə mənbə bildirib.

Onun sözlərinə görə, reydlərə səbəb ya ötən gün paytaxt ərazisində miqrantlarla baş vermiş qarşıdurma, yaxud da bazarların ərazisində kriptovalyuta fermaların mövcudluğu ola bilər. 

Qeyd edək ki, "Sadavod” bazarı Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevin sahib olduğu "Kiyevskaya Ploşad” şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.

Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.

"Tass” hüquq-mühafizə orqanlarına istinadən yazır ki, polis obyektlərdə aparılan operativ axtarışlardan sonra onlarla miqrantı saxlayıb. Saxlanılan şəxslər ölkədə asayişi pozmaqda və cinayət törətməkdə şübhəli bilinirlər. ("Qafqazinfo”)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol