• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimə valideynə dediyi sözə görə “terrorçular” siyahısına salındı

Müəllimə valideynə dediyi sözə görə “terrorçular” siyahısına salındı
29.05.2020 10:16
Rusiyanın Novosibirsk vilayətində rus dili və ədəbiyyat müəllimi Natalya Oqanisyana qarşı ekstremizm ittihamı irəli sürülüb. Buna səbəb isə onun sinifdəki şagirdlərdən birinin anasına qarşı davranışı olub.
Bizimyol.info xəbər verir ki, hadisə Bolotninsk rayonunun Oyaş qəsəbəsindəki məktəbdə valideyn iclası vaxtı olub. 40 il müəllimlik təcrübəsi olan Natalya Oqanisyan Özbəkistan vətəndaşı olan valideyni "qanmaz” adlandırıb, ona rus dilini öyrənməyi məsləhət görüb.
Qadın özünü təhqir olunmuş sayıb və polisə ərizə ilə müraciət edib. Əvvəlcə məhkəmə Oqanisyanın hərəkətini inzibati pozuntu kimi qiymətləndirib.Amma bir qədər sonra məsələyə Bolotninsk rayon prokurorluğu qoşulub. Valideyn iclasında iştirak etmiş şahidlərdən birinin söylədiklərinə əsaslanaraq, prokurorluq müəllimə barəsində cinayət işi başlayıb. Şahid deyib ki, Natalya Oqanisyan valideynə qarşı Orta Asiya ölkələrinin vətəndaşlarına aid təhqiramiz ifadələr işlədib, ondan öz ölkəsinə qayıtmasını istəyib.
Müəlliməyə qarşı insan ləyaqətini alçaltma, nifrət və ya düşmənçilik salma ittihamı irəli sürülüb. Hazırda bu iş Bolotninsk rayon məhkəməsində araşdırılır. Müəllimənin adı "ekstremistlər və terrorçular” siyahısına daxil edilib, bank hesabı da dondurulub.
Məktəbin direktoru Anton Dimitryuk isə müəlliməni müdafiə edib. Deyib ki, onu təqsirli bilmir, hesab edir ki, Oqanisyan sadəcə, fikrini bir qədər kobud tərzdə ifadə edib: "Deyib ki, "rus dilini öyrən”. İrad kobud formada bildirilib. Əlbəttə, bir də "qanmaz” ifadəsi. Vəssalam”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol