• $
  • €
  • ₽
  • ₺
  • £

Jirinovski: “Qərb Rusiyadan qorxur“ - VİDEO

Jirinovski: “Qərb Rusiyadan qorxur“ - VİDEO
29.05.2020 02:05
Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı Qərbin yeni sanksiyaları bu gündən qüvvəyə mindi.ANS TV-nin Moskva bürosunun məlumatına görə, Avropa Birliyi Rusiya Federasiyasının 3 iri müdafiə konserni və 3 yanacaq-enerji şirkətinin maliyyələşdirilməsinə qadağa qoyur. Bundan başqa Avropa Birliyindən olan hüquq-fiziki şəxlər bundan sonra 5 iri Rusiya Dövlət Bankına kredit ayıra bilməyəcək. Rusiya tərəfi sanksiyaların cavabsız qalmayacağını bəyan edir. Moskvada artıq etirazlar da başlayıb.Daha öncəki sanksiyalara Qərb ölkələrindən qida məhsullarının idxalını qadağan edərək qarşılıq verən Rusiyanın bu sanksiylara qarşı da səssiz qalmayacağı gözlənilir.Yeni siyahıya Rusiyanın “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətləri salınıb. Onlar Avropadan kredit və maliyyə yardımı ala bilməyəcəklər. Bundan başqa sanksiyalar Rusiyanın “Kalaşnikov” kimi iri müdafiə konsernlərinə də tətbiq edilib. Qərbin qara siyahısına salınan şəxslər sayı da artıb. 24 nəfərin əlavə olunduğu siyahıda deputat Vladimir Jirinovskinin də adı var. Jirinovski isə deyir ki, bu tədbirlər Avropanın özünə daha çox ziyan vuracaq və Rusiya onlara təslim olmayacaq.Duma üzvü Vladimir Jirinovskinin sözlərinə görə, .“Çünki bilirlər ki, biz Mariopolu, daha sonra Donetski, Luqansk, Xarkov və digər bölgələri də ələ keçirməliyik. Qorxurlar ki, Novorossiya Kiyevdən tam müstəqil olacaq. Ona görə də bizi qorxutmaq üçün sanksiya tətbiq edirlər. Ancaq rusları qorxuda bilməyəcəklər. Sanksiylara cavabımız daha sərt olacaq. La-Manş sahillərində sizi elə əzəcəyik ki, 21-ci əsrin ortalarına qədər özünüzə gələ bilməyəcəksiniz“, deyə Jirinovski bildirib.Rus politoloq Aleksandr Qusev isə Qərbin sanksiylarının Rusiya iqtisadiyyatına təsiri çox güclü olacağını qəbul etməklə yanaşı, Rusiyanın da Qərbə lazımi cavabı vermək üçün kifayət qədər güclü olduğuna inanır."Rusiyanın imkanı var ki, Qərbə lazımı cavabı versin. Ən başda bankçılıq sektorunda antisanksiya tədbirləri almalıyıq. Daha sonra sənayə və avtomobil mallarının Avropadan idxalını dayandırmalıyıq. Bütün bu tədbirlər Qərbi Avropa ölkələrini iqtisadiyyatına ciddi zərbə olacaq", deyə politoloq bildirib.Rusiyaya dəymiş ziyanla bağlı rəsmi rəqəmlər olmasa da, mətbuat Qərb mənbələrinə istinadən yazır ki, sanksiyalar Rusiya iqtisadiyyatına bu il 23 milyard avro dəyərində ziyan vurub.

Gələn il isə bu rəqəmin 75 milyard avroya çatacağı gözlənilir. Hələlik isə yeni sanskiyalar ən çox rus rublunun ABŞ dolları qarşısında rekord dəyər itirməsi ilə özünü göstərir. Bu gün 1 ABŞ dolları 38 Rus rubluna satılır.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol