• $
  • €
  • ₽
  • ₺
  • £

Putin hamıdan birinci oldu

Putin hamıdan birinci oldu
11.09.2014 17:31
Sentyabrın 14-də Rusiya Federasiyasında yerli seçkilər keçiriləcək. Prezident Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməsi səbəbilə həmin gün ölkədə olmayacaq. Bu səbəbdən də o, erkən səsvermə haqqından istifadə edib. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, prezident Putin Moskvanın Qaqarinski rayonunda yerləşən məntəqəyə gələrək səs verib. Daha sonra mediaya açıqlamasında bildirib ki, xarici ölkəyə səfərinin olması səbəbilə səsvermə haqqını daha tez istifadə edib: "Oradan nə zaman dönəcəyim bilinmir. Hər hansı bir problem olmadan səsvermə haqqımı istifadə eləmək istədim".Rusiyanın özünə birləşdirdiyi Krım və Svestopol da daxil olmaqla 50 milyon seçicinin iştirak edəcəyi prosesdə yerli duma, bələdiyyə sədri və köməkçiləri seçiləcək. 3 bələdiyyə sədri, 30 yerli idarəçi, 680 yerli məclis üzvü yenilənəcək.Rusiyanın özünə birləşdirdiyi Krım və Svestopolda da yerli məclislər olacaq. Rəsmi Kiyevin tənqid etdiyi Krım və Svestopol seçkilərində Rusiyanın siyası partiyaları yarışacaq. Krım Mərkəzi Seçki Komissiyasının sədri Mixail Malışev Rusiya, Ukrayna və ya keçmiş Sovetlər İttifaqı zamanından qalma pasportları olan vətəndaşlaırn səsvermədə iştirak edə biləcəyini deyib. 75 yerlik Krım parlamenti yenidən qurulacaq.45 yerlik paytaxt Moskva dumasına seçkilərdə iqtidar partiyası "Birləşmiş Rusiya"nın qalib olacağı gözlənilir. İqtidar partiyası səslərin 28, Kommunist Partiyası 7, Liberal Demokrat Partiyası 5, Ədalət Partiyası 4, "Yabloko" partiyası isə 3 faiz səs toplayacağı ehtimal olunur. Bu rəqəmləri Rusiya İctimai Araşdırma Şirkəti apardığı sorğu əsasında hazırlayıb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol