• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: "İŞİD-i bitirəcəyik"

Obama: "İŞİD-i bitirəcəyik"
11.09.2014 10:35

ABŞ prezidenti Barak Obama İŞİD-i 4 addımlıq mərhələli planla tamamilə məhv edəcəklərinə dair dövlət strategiyasını açıqlayıb. İraqla bərabər Suriyada da terror qruplaşmalarına yönəlik hava hücumlarının başladılmasına "yaşıl işıq" yandıran Obama "İŞİD-in gücünü azaldacayıq və tamamilə məhv edəcəyik" deyib.

 ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünən ABŞ prezidenti xalqına müraciət edib.O, ilk növbədə, ABŞ-ın terrorçuların mövqelərinə zərbələr endirməyə davam edəcəklərini deyib. Bununla belə, ABŞ İraqda quru əməliyyatı həyata keçirməyəcək. Obama qeyd edib ki, indiyədək İraqda “İŞİD” qruplaşmasının mövqelərinə 150 hava zərbəsi endirilib. ABŞ prezidentinin sözlərinə görə, bu, İraq qoşunlarına yardımın göstərilməsində mühüm amil olub və dinc sakinlərin kütləvi qırğınının qarşısını alıb. “İŞİD” harada olmasından asılı olmayaraq onunla mübarizə aparılacaq”, deyə Obama vurğulayıb. Prezident bildirib ki, ABŞ İraqa hərbi mütəxəssislər də göndərəcək. Hərbi mütəxəssislər yerli hərbçilərin hazırlanması və terrorçulara qarşı hərbi əməliyyatların əlaqələndirilməsində kömək edəcək, onlara kəşfiyyat məlumatları ilə təmin edəcəklər. Həmçinin ABŞ İraq əhalisinə humanitar yardım göstərəcək. Sonda Obama “İslam dövlətinə” qarşı koalisiyanın yaradılmasından bəhs edərək onun sıralarına NATO-dakı tərəfdaşlarının daxil olacağını qeyd edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol