• $
  • €
  • ₽
  • ₺
  • £

Jirinovskidən şok: ”Kiyev ələ keçiriləcək” -VIDEO

Jirinovskidən şok: ”Kiyev ələ keçiriləcək” -VIDEO
08.09.2014 17:08

Rusiya Liberal Demokrat Partiyasının qalmaqallı sədri Vladimir Jirinovski növbəti dəfə sensasiyalı xəbərlə çıxış edərək, Kiyev şəhərinin oktyabrın 26-da separatçılar tərəfindən ələ keçiriləcəyini bildirib.

 

Axar.az-ın sözügedən partiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, partiya sədri bunu olduqca real sayıb.

 

Jirinovski bildirib ki, Ukrayna Prezidenti Pyotr Poroşenkonun əsas hədəfi qarşıdan gələn parlament seçkilərində mütləq qələbə çalmaqdır:

 

“Poroşenko çalışır ki, qarşıdan gələn parlament seçkilərində qələbə əldə etsin və partiyası Ali Radada daha çox deputat mandatı ilə təmsil olunsun. Onun diqqətinə 90-ci illərdə Yeltsinin də belə bir istəyinin olduğunu çatdırmaq istərdim. Həmin vaxt bu ideyanın necə alt-üst olduğunu hamı gördü. Odur ki, Ukrayna prezidenti avantüraya əl atmasın. Digər tərəfdən, hansı seçkilərdən söhbət gedir? Olmayacaq belə bir proses! Oktyabrın 26-a qədər DXR və LXR-nın döyüşçüləri Kiyevi ələ keçirəcəklər. Bundan sonra da Poroşenko və onun nazirləri, habelə əksər partiya liderləri məhkəmə qarşısında cavab verməli olacaqlar. Baxın, hər keçən gün Ukraynada iqtisadi böhran daha da dərinləşir, əsgər ölümü və digər neqativ hallar hazırkı iqtidarın arzusunu alt-üst edəcək. Poroşenkonun komandası məğlubiyyətə məhkumdur”.  

 ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol