• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” istifadəçiləri üçün milyardlar xərcləyəcək

“Facebook” istifadəçiləri üçün milyardlar xərcləyəcək
08.09.2014 14:40
Dünyanın ən böyük sosial şəbəkəsinin sahibi “Facebook” şirkəti hazırda internetə çıxış imkanı olmayan insanların ona qoşulması üçün milyardlarla dollar xərcləməyə hazırdır. ANN.Az ictnews-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mark Sukerberqə istinadən “Reuters” agentliyi məlumat verib. “Bizim üçün dünyada bütün insanları internet şəbəkəsinə qoşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə “Facebook”a növbəti onilliklərdə milyardlara dollar sərf etmək tələb olunsa belə, hesab edirəm ki, uzunmüddətli perspektivdə bu, bizim və bütün dünya üçün müsbət addım olacaq”, - M.Sukerberq Meksika milyarderi Karlos Slim tərəfindən təşkil olunan tədbirdə bəyan edib. 2013-cü ilin avqustunda şirkətin baş direktoru məqsədi dünyada beş milyard insanın qoşulması (söhbət əsasən yoxsul Afrika ölkələrinin əhalisindən gedir) olan “Internet.org” fondunu işə salıb. Layihə çərçivəsində “Facebook” tərəfdaşların köməyi ilə elektron məlumatların ötürülməsinin səmərəliliyini artırmağı və internetə qoşulma haqqını 100 dəfə azaltmağı planlaşdırır. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2014-cü ilin sonunadək dünyada təxminən üç milyard insan internetə çıxış imkanı əldə edəcək. Hazırda “Facebook” sosial şəbəkəsindən hər ay 1,3 milyarddan çox insan istifadə edir.Oxşar təşəbbüslə “Google” şirkəti də çıxış edib. Belə ki, internet şirkəti atmosfer peyklərinin və internetə dünyanın ucqar region sakinlərini qoşmağa imkan verən digər pilotsuz uçan aparatların inkişafına bir milyard dollar məbləğində investisiya yatırmaq niyyətindədir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol