• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD daha bir amerikalı jurnalistin başını kəsdi - FOTO

İŞİD daha bir amerikalı jurnalistin başını kəsdi - FOTO
29.05.2020 04:42
Cəllad: “Mən geri dönməli oldum, Obama“ 
“İraq İslam Şam Dövləti” terror təşkilatı Amerikanın “Time”  və “Foreign Policy” jurnallarının müxbiri, 31 yaşlı Stiven Sotloffun başının kəsildiyinin əks olunduğu videogörüntüləri yayıb. Videoda başqa bir girovun da həyatı ilə bağlı hədələr səslənir. Söhbət Böyük Britaniya vətəndaşı Devid Heynsdən gedir. Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.
“The İndependent” qəzeti isə bildirir ki,  amerikalı jurnalist Ceyms Foleyin başı kəsilərəkən yayılan video “Amerikaya mesaj” başlığı ilə sosial şəbəkədə nümayiş olunmuşdu. Ölüm hökmü ABŞ-ın İraqdakı İŞİD mövqelərinə təşkil etdiyi hava hücumlarına cavab olaraq icra edilmişdi. 
İkinci amerika jurnalistinin başının kəsilməsi də ABŞ-ın İraqda İŞİD-ə qarşı apardığı hava hücumları ilə əlaqələndirilir.
Hazırkı video 3 dəqiqə davam edir. Və  ABŞ prezidenti Barak Obamanın çıxışından qısa görüntü ilə başlayır. Həmin görüntüdə Amerika prezidenti terror əleyhinə mübarizədən danışır. Bu zaman ekranda “Amerikaya ikinci mesaj” başlığı görünür. 
Daha sonra isə qatil görünür. O, bildirir ki, mən Ceyms Foleyin başını kəsən adamam: “Mən geri dönməli oldum, Obama və mən ona görə geri döndüm ki, siz bizim ciddi xəbərdarlıqlarımıza baxmayaraq, İslam Dövlətinə qarşı yekəbaş siyasət aparırsız”.
Cəllad sonra başı kəsmiş jurnalistin fonunda göstərilir. Video belə bir xəbərdarlıqla bitir: “Geri dönün və bizi yalqız buraxın (bizim işimizə qarışmayın)”.
Sotloff ailəsinin mətbuat katibi Barak Barfli bəyan edib ki, jurnalistin qohumları bu dəhşətli faciədən xəbərdardır və onlar ailə olaraq yas içindədirlər. 
Böyük Britaniyanın Baş naziri Devid Kemeron da sözügedən video-çəkilişə münasibət bildirib, onu “iyrənc və nifrətə layiq” adlandırıb. Baş nazir deyib ki, bu məsələ ilə bağlı tezliklə bəyanat verəcək. 
Bu videonun varlığı barədə ilk olaraq Amerikanın terrorla bağlı araşdırmalar aparan “SITE Intelligence Group” xəbər verib. 
Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, Amerika hökumətinin bu videonun həqiqi və ya saxta olmasını müəyyən etmək üçün zamana ehtiyacı var. Əldə olan material təmkinlə araşdırılacaq. 
“The İndependent” qəzeti bildirir ki, Stiven Sotloffun anası xanım Şirley jurnalist Ceyms Foleyin öldürülməsindən sonra İŞİD lideri Əbubəkr əl-Bağdadiyə şəxsən müraciət etmişdi. Həmin müraciətdə xanım Şirley demişdi ki, mənim oğlum məsum jurnalistdir. O, ABŞ-ın Yaxın Şərq siyasətinə təsir etmək gücündə deyil. Rica edirəm ki, ona qıymayın. 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol