• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa prezidenti yeni hökumət formalaşdırdı

Fransa prezidenti yeni hökumət formalaşdırdı
27.08.2014 10:43

Fransa prezidenti Fransua Olland avqustun 26-da hakimiyyətdə olduğu 2 il müddətində sayca dördüncü hökuməti formalaşdırıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, nazirlərin əksəriyyəti sədri Manüel Vals təyin edilən yeni hökumətin tərkibində postlarını qoruyub saxlaya bilib.  

 

Beləliklə, yeni hökumətdə XİN rəhbəri Loran Fabius, müdafiə naziri Jan İv Le Drian, DİN rəhbəri Bernar Kaznev, maliyyə naziri Mişel Sapen qalıb. Həmçinin, ekologiya və energetika naziri Seqolen Ruayal və ədliyyə naziri Kristian Tobira öz postlarını qoruya bilib.  

 

“İTAR-TASS”ın məlumatına görə, dəyişikliklər yalnız İqtisadiyyat və Təhsil Nazirliklərini əhatə edib. Qeyd etmək lazımdır ki, prezident Ollandın siyasətini kəskin tənqid edən məhz bu qurumların rəhbərləri Arno Montebur və Benua Amon hazırkı siyasi böhrana səbəb olublar.  İqtisadiyyat naziri postunda Monteburu prezidentin sadiq tərəfdarı Emanuel Makron əvəz edib. Təhsil Nazirliyinin rəhbəri vəzifəsinə isə Fransanın tarixində ilk dəfə olaraq qadın – 36 yaşlı Nəcət Vallo-Belkasem təyin olunub.  

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol