• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadakı azərbaycanlılara "bölgəni tərk edin" XƏBƏRDARLIĞI

Ukraynadakı azərbaycanlılara "bölgəni tərk edin" XƏBƏRDARLIĞI
29.05.2020 06:38
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Luqansk və Donetsk vilayətlərində yaşayan azərbaycanlıları həmin bölgəni təcili tərk etməyə çağırıb. Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi Şahin Ocaqov APA-ya açıqlamasında bildirib ki, müraciətdə münaqişə bölgəsində yaşayan azərbaycanlılara oranı tərk edərək ən azı Ukraynanın qərbinə köçmələri məsləhət görülüb. O deyib ki, həmin bölgənin bir hissəsi tamamilə nəzarətdən çıxdığı üçün orada baş verən hansısa hadisənin səbəblərinin müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılmasına yardım etmək mümkün deyil. Ş. Ocaqov Luqanskda öldürüldüyü bildirilən Azərbaycan diasporunun rəhbərlərindən biri, iş adamı Telman Cəfərov haqqında da danışıb: “Biz bununla əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə, güc strukturlarına və beynəlxalq təşkilatlara müraciət etmişik. Hazırda onun barəsində dəqiq məlumat əldə etmək üçün çox çalışırıq. Təəssüf ki, həmin ərazi münaqişə bölgəsi olduğu üçün müdaxilə etmək mümkün olmur”. Xatırladaq ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Sədi oğlu Cəfərovun separatçılar tərəfindən pulemyotla atəşə tutularaq öldürüldüyü barədə xəbər yayılıb. Hadisə həmin gün axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib. T. Cəfərovun meyitinin separatçıların nəzarəti altındakı ərazidə qaldığı xəbər verilir. T. Cəfərovla birlikdə olan Mahir, Nurəddin və Eldar adlı azərbaycanlılar separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyərkən hücuma məruz qalıblar.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol