• $
  • €
  • ₽
  • ₺
  • £

İran “qara qutu”nu çözmək üçün Fransa və ABŞ-dan cihaz istəyib

İran “qara qutu”nu çözmək üçün Fransa və ABŞ-dan cihaz istəyib
29.05.2020 09:08
İran hökuməti bu il yanvarın 8-də Tehran yaxınlığında vurulan Ukrayna sərnişin təyyarəsinin "qara qutu”sunu çözmək üçün Fransa və ABŞ-dan müvafiq cihazlar istəyib. 

"Report” "Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Belə ki, "qara qutu”nun məlumatlarını oxumaq üçün lazımi avadanlığa malik olmayan İran Mülki Aviasiya Təşkilatı (CAO.İRİ) bununla bağlı Fransanın BEA qəza agentliyinə və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinə müraciət edib. Hələlik bu müraciətə müsbət cavab verilməyib.

Bununla yanaşı, CAO.İRİ apardığı araşdırma zamanı Ukrayna təyyarəsinin iki ədəd "Tor-M1” raketilə vurulduğunun aşkarlanması barədə də açıqlama yayıb.
Xatırladaq ki, "Ukrayna Beynəlxalq Hava Yolları”na məxsis "Boeing 737-800” tipli sərnişin təyyarəsi bu il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğramış, nəticədə təyyarənin heyəti və sərnişinlərin hamısı - 176 nəfər həlak olmuşdu. İran İslam İnqilabı Keşikçiləri Korpusu təyyarəni səhvən vurduğunu açıqlamışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol