Çində xəstələrin bir qismi sağaldıqdan sonra yenə koronavirusa yoluxdu
29.05.2020 08:42
Çinin Quanqdonq əyalətində COVİD-19-a yoluxan 14 nəfər yenidən eyni virusa yoluxub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Quanqdonqda həkimlər insanların koronavirusa təkrar yoluxma səbəbinin məlum olmadığını deyib. Qeyd edək ki, Çinin Quanqdonq əyalətində indiyə qədər 1347 nəfər virusa yoluxub, bunlardan 844-ü sağalıb, 8 nəfəri isə həyatını itirib. www.anews.az