• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna ordusu bütün cəbhə boyu hücuma keçib

Ukrayna ordusu bütün cəbhə boyu hücuma keçib
21.07.2014 16:19

Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyası ölkənin şərqində separatçıların əlində olan Luqansk və Donetsk şəhərlərinə doğru bir neçə istiqamətdən hücuma başlayıb. APA-nın Ukrayna saytlarına (“112.ua”, “MİGnews.com.ua”, “Censor.net”, “Pravda.com.ua”) və hərbi ekspert Dmitri Tımçuka istinadən verdiyi məlumata görə, antiterror əməliyyatına cəlb olunmuş qüvvələr Luqansk vilayətinin Rubejnoye şəhərinin bütün perimetrini nəzarətə götürərək şəhəri separatçılardan təmizləməyə başlayıb. Vilayətin Lisiçansk şəhəri də mühasirəyə alınıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak özünün “Facebook” səhifəsində ordunun Luqansk vilayətinin Severodonetsk şəhərinə daxil olduğunu və Lisiçansk şəhəri istiqamətində hərbi əməliyyatların davam etdiyini yazıb: “Rusiyalı terrorçuların ətrafında mühasirə həlqəsi daralır, hücum davam edir. Severodonetsk şəhərinə daxil olmuşuq, Lisiçansk, Rubejnoye və Popasnaya şəhərlərində düşmən sıxışdırılır, onlar vacib magistral yollardan təcrid edilib. Terrorçu dəstələrin başçıları panikadadır və bir-biriləri ilə mübahisə edirlər, bir-birini şantaja keçiblər. Onlardan bəziləri qaçmağa çalışsa da, Putin onları Rusiyaya buraxmağı qəti qadağan edib”.

Ukrayna ordusunun tankları Donetsk şəhərindən 44 km məsafədə yerləşən və “Bes” ləqəbli terrorçu İqor Bezlerin nəzarətində olan Qorlovka şəhərinə bitişik Mayorsk stansiyasına da daxil olub. Şəhərin mərkəzində atəş səsləri eşidilir. Separatçıların “Qrad” qurğularından ordu hissələrinə atəş açdığı xəbər verilir.   

 

Qondarma “Donetsk Xalq Respublikası”nın “baş komandanı” olan Strelkov ləqəbli Rusiya vətəndaşı İqor Girkin Donetsk istiqamətində gedən döyüşlər barədə məlumat verib. O, hazırda Avdeyevka (Donetsk şəhərindən 18 km aralı), Dzerjinsk (Donetskdən 52 km aralı), Peski (Donetskdən 15 km aralı), Karlovka (Donetskdən 30 km aralı), Debaltsevo (Donetskdən 75 km aralı), Netaylovo (Donetskdən 27 km aralı) yaşayış məntəqələrində döyüşlər getdiyini söyləyib: “Düşmən Avdeyevka qəsəbəsinə daxil olaraq oradan Donetsk şəhərinin dəmir yoluna doğru hərəkət etməyə başlayıb. Peski, Karlovka, Netaylovodakı mövqelərimiz eyni anda hücuma məruz qalıb. Düşmən 15 tankla Debaltsevoya soxulub. Dzerjinskdə Milli Qvardiya ilə döyüş gedir”.  

 

İ. Girkinin sözlərinə görə, Rusiyanın qəti qərar qəbul etməsinin vaxtı çatıb: “Rusiya nəhayət, qərar verməlidir ki, Donbassdakı rusları müdafiə edəcək, yoxsa onları birdəfəlik satacaq?! Qalan başqa şeylər üçün vaxt itirilib. Üç aylıq fəaliyyətsizlik düşmənin öz qüvvələrini artırmasına və döyüş qabiliyyətli ordu yaratmasına imkan verib”.

 

Donetsk şəhərindəki 51 saylı orta məktəbin və dəmir yolu vağzalının yaxınlığında baş verən atışma zamanı 4 dinc sakinin öldüyü bildirilir. Donetsk dəmir yolu vağzalındakı “Amstor” ticarət mərkəzi ətrafında mərmi partlayışı nəticəsində də ölənlər olduğu xəbər verilir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol