• $
  • €
  • ₽
  • ₺
  • £

Kerrinin gizli danışığı yayıldı: “Burada oturmaq dəlilikdir”

Kerrinin gizli danışığı yayıldı: “Burada oturmaq dəlilikdir”
21.07.2014 13:40
ABŞ Dövlət Katibi Con Kerri müsahibə verərkən bilmədən telefon danışığı lentə yazılıb.
 
Axar.az xəbər verir ki, Ağ Ev rəsmisi televiziyada İsraili müdafiə etsə də, telefon danışığında əməliyyatlardan narahat olduğunu deyərək, İsraili tənqid edib. 
 
Qeyd edək ki, Kerri müsahibə verərkən Ağ Ev rəsmilərindən biri ilə telefonla danışıb. Bu zaman mikrofon açıq qalıb və jurnalist bunu qeyd edib.
 
“Fox” televiziyasında verilən səs yazısında Kerri İsraili tənqid edərək “Bu hadisə ciddi şəkildə təzyiqi artırır. Tez bir zamanda atəşkəs elan olunmalıdır. Biz bunu etməliyik. Bu axşam getməyimiz vacibdir. Burda oturmaq dəlilikdir”, - deyib.
 
Onu da bildirək ki, Kerri telefonla danışarkən səs yazısının lentə alındığından xəbərsiz olduğundan jurnalistin verdiyi sualdan sonra yenə İsraili müdafiə edib.
İsrailin HƏMAS-ın atdığı raketlərə qarşı özünü qorumasını tamamilə dəstəklədiklərini bildirən Kerri son böhranın öldürülən üç yəhudi gənc axtarıldığı zaman başladığını deyib. 
 
Müharibənin HƏMAS tərəfindən başladığını deyən Kerri “Bu, alçaqlıqdır”, - deyərək, İsraili müdafiə etməkdə davam edib.
 
Kerri: “Mən dəfələrlə demişəm, indi də deyirəm ki, insanların öldürülməsi mövzusunda hamıyla eyni fikirdəyəm. Lakin biz İsraili dəstəkləyirik. HƏMAS qarşı tərəfin atəşkəs təklifini dəyərləndirməlidir. İsrail öz torpaqlarına minlərlə raket atan terrorçulara qarşı əlini-qolunu sallayıb otura bilməzdi. ABŞ İsrailin bu dəqiqəyə kimi atdığı addımları dəstəkləyir”. 
 
Qeyd edək ki, Kerri müharibədə HƏMAS-ın öz vətəndaşlarından qalxan kimi istifadə etdiyini qeyd edərək, çox yaxın bir vaxtda bölgəyə gedəcəyini bildirib.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol