• $
  • €
  • ₽
  • ₺
  • £

“Microsoft” bir neçə min əməkdaşını ixtisar edəcək

“Microsoft” bir neçə min əməkdaşını ixtisar edəcək
16.07.2014 10:30
“Microsoft” yaxın beş il ərzində bir neçə min işçisini ixtisar etmək niyyətindədir.  “ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, şirkət bu xəbəri artıq bu həftə elan edə bilər. Bu ixtisarlar “Nokia”nın, marketinq və mühəndislik əməkdaşlarına aid ola bilər. Bu dəfə ixtisarlar daha genişmiqyaslı olacaq.  2009-cu ildə şirkət resessiyaya görə 5,8 min nəfəri işdən azad edib bu da ümumi ştatın beş faizi olub.“Microsoft” direktoru Satya Nadellanın şirkətin missiyası haqda dərc etdiyi ilk müraciətində iyirmi dəfə “məhsuldarlıq” sözündən istifadə edib və şirkətin fəaliyyətinin effektivliyinin artırılmasına xüsusi diqqət yetirib.“Microsoft”un rəhbəri bildirib ki, qarşıda qoyulan məqsədlərə nail olmaq üçün korporasiyaya daha az sayda işçi tələb oluna bilər.S. Nadella dərc etdiyi müraciətdən sonra verdiyi müsahibədə bildirib ki, proqram təminatı yaradılmasında “bulud” üsullarının tətbiqi sayəsində mühəndislər arasında tərtibatçıların və testləyicilərin olması o qədər də vacib deyil. Onun fikrincə, hər iki məsələni eyni insanlar həll edə bilərlər.“Microsoft” vaxtaşırı ayrı-ayrı bölmələrində ixtisarlar edir. Belə ki, 2012-ci ildə reklam və marketinq sahəsində çalışan bir neçə yüz nəfər işdən azad olunub. Hazırda “Microsoft”da 127 min əməkdaş çalışır, onlardan 30 min nəfər “Nokia” ilə birləşmə nəticəsində şirkətə qoşulub. “Microsoft”la yanaşı, yaxın zamanda “Hewlett-Packard” şirkəti də bu ilin may ayında 16 min əməkdaşını işdən azad edəcəyini elan edib. Bundan öncə şirkət 34 min nəfər əməkdaşı ilə vidalaşıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol