• $
  • €
  • ₽
  • ₺
  • £

“TikTok”un rəhbəri istefa verdi

“TikTok”un rəhbəri istefa verdi
27.08.2020 10:49
 
Çinin "TikTok” sosial şəbəkəsinin rəhbəri Kevin Mayer istefa verib.

Çin Mərkəzi Televiziyasının məlumata görə, cəmi bir neçə ay əvvəl bu vəzifədə işə başlayan Mayer istefa vermək qərarına gəldiyini açıqlayıb.
"Mən şirkətdən getmək qərarına gəlmişəm və bunu ürək ağrısı ilə bildirmək məcburiyyətindəyəm”, - deyə telekanal onun sözlərindən sitat gətirib.
"TikTok” rəhbərinin sözlərinə görə, son bir neçə həftədə siyasi vəziyyət kəskin dəyişib və o, korporativ prioritetləri dəyişmək barədə ciddi düşünmək məcburiyyətindədir. Bununla belə cənab Mayer "TikTok”un parlaq gələcəyi olduğuna əminliyini ifadə edib.  

Qeyd edək ki, "TikTok” sosial şəbəkəsində əsasən istifadəçilər qısa videoroliklər çəkib paylaşırlar. "TikTok” Çinin "ByteDance” şirkəti tərəfindən hazırlanıb və 2016-cı ildə Çində "Douyin adı altında fəaliyyətə başlayıb.

ABŞ Prezidenti Donald Tramp bu il iyulun 31-də bəyan edib ki, TikTok”u ölkəsində qadağan etməyi planlaşdırır. O, bununla bağlı avqustun 14-də Fərman imzalayıb. Fərmana əsasən, "ByteDance” və onun törəmə şirkətləri fərman dərc olunandan 90 gün müddətində ABŞ ərazisində "TikTok”la əlaqəli bütün aktivlərdən imtina etməlidir.

Bundan başqa, "ByteDance” "TikTok” və ona birləşmiş "Musical.ly” sosial şəbəkə vasitəsilə istifadəçilər barədə əldə etdiyi məlumatlardan qurtulmalı, bundan sonra ABŞ-ın xarici investisiyalar üzrə Komitəsi qarşısında hesabat verməlidir.(APA)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol