• $
  • €
  • ₽
  • ₺
  • £

Ramazana hazırlıq, 10 min xalı səriləcək

Ramazana hazırlıq, 10 min xalı səriləcək
09.06.2014 14:27
Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunan Məscidi-Nəbəvi (məscid Məhəmməd Peyğəmbərin qəbrini özündə ehtiva edir. Mənası “Peyğəmbər Məscidi' deməkdir) Ramazan ayı üçün hazırlaşır. Məscidi ziyarət edənlərin ziyarətlərini rahat etmələri üçün iş planı hazırlanıb. ANS PRESS-in məlumatına görə, Məscidi-Nəbəvi işləri üzrə baş katib köməkçisi Şeyx Əbdüləziz Əl-Falih müqəddəs ay başlamadan həyata keçirəcəkləri plan haqqında məlumat verib. Səudiyyə Ərəbistanının xəbər agentliyi SPA-ya açıqlama verən köməkçi planın icrası üçün 5 mindən çox xidmətçinin və təmizlik işçisinin işləyəcəyini deyib. Məscidin damı və həyətinə 10 mindən artıq xalı səriləcək. Günlük 300 ton zəmzəm suyu tədarük ediləcək. Məscidin içində suyu soyuq saxlayacaq 13 min termos, həyətdə 30 soyuq su deposu, iftar süfrələri üçün 2500 soyuq su qabı yerləşdiriləcək. Ramazan ayı boyunca namaz qılanlara və oruc tutanlara günəşdən qorunmaq üçün Səudiyə Ərəbistanı kralı Abdullah Bin Əbdüləzizin Məscid-i Nəbəvini kölgələndirmək layihəsi çərcivəsində 250 çətir və 436 sərinkeşdən istifadə olunacaq. Alimlər və din xadimlərinə moizələr oxumaq, dərslər verə bilmək, ziyarətçilərin suallarını cavablandırmaq üçün mərkəzlər olacaq. Əl-Falih ərəbçə bilməyən ziyarətçilərin yönləndirilməsi üçün xarici dil bilikləri olan tələbələrdən istfadə olunacağını da açıqlayıb. O. qeyd edib ki, Məscidi-Nəbəvinin həyətlərində dilənçilərə icazə verilməyəcək. Ramazan ayı boyunca buralarda iftar süfrələri qurulacaq və yaşlı, ehtiyacı olanlara yardımlar ediləcək. Qadınlar və kişilər üçün qurulacaq iftar süfrələrində gün ərzində 10 mindən çox məhsul dağıdılacaq. Onun sözlərinə görə, əsr namazından yarım saat sonra Məscidi Nəbəviyəyə yemək keçirilməsinə icazə veriləcək. Amma sadəcə xurma, çörək, qatıq və qəhvə. "Peyğəmbər Məscidi"nin təmizliyini qorumaq üçün ayyaqabılar yerləşdirilən 3 min alüminium sandıq, Ramazanın son 10 günündə dualar üçün etiqafa qalanların əşyalarını saxlamaq üçün 1000 sandıq alınıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol