• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya prezidentindən malikanə ilə bağlı AÇIQLAMA

Rusiya prezidentindən malikanə ilə bağlı AÇIQLAMA
25.01.2021 16:32
"Orada mənim mülküm olaraq göstərilən heç nə mənə və mənim yaxın qohumlarıma aid deyil və heç vaxt da olmayıb”.

Bunu Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının araşdırmasını şərh edərkən söyləyib.

"Bu filmi sadəcə bu cür məlumatları izləmək üçün boş vaxtım olmadığına görə izləmədim, köməkçilərin mənə gətirdiyi video seçimlərə göz gəzdirdim”, - o vurğulayıb.

V.Putinin fikrincə, həmin araşdırma "montaj” və "kompilyasiyadır”: "Sadəcə vətəndaşlarımızın beynini yumaq üçün rahat vaxt tapıblar”.
Dövlət başçısı orada adı çəkilən şəxslərin bəzilərini ümumiyyətlə tanımadığını bildirib.

Xatırladaq ki, rusiyalı müxalifətçi Aleksey Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və malikanəsi barədə 2 saatlıq sənədli film yayımlanıb. Araşdırma videosu qısa zamanda 86 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol