• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədəki soydaşlarımıza hüquqi dəstək göstərilib

Türkiyədəki soydaşlarımıza hüquqi dəstək göstərilib
03.02.2021 22:30
Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə 2020-ci il sentyabrın 1-dən dekabrın 31-nə kimi "Türkiyə Respublikasında yaşayan azərbaycanlılara hüquqi dəstək" adlı layihə həyata keçirilib.

Anews.az xəbər verir ki, qardaş ölkədə yaşayan diaspor nümayəndələrimizin say çoxluğu və onların üzləşdiyi problemlər baxımından gerçəkləşdirilən layihənin məqsədi Türkiyə ərazisində müvəqqəti və ya daimi olaraq yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan, qısa müddətli və ya uzun müddətli bu ölkəyə gəlmə zərurəti yaranan həmvətənlərimizə müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər vermək, səlahiyyətli dövlət orqanlarına yönləndirmək və miqrasiya məsələlərində məlumatlandıraraq hüquqi dəstəyin təşkil edilməsi olub.

Layihə çərçivəsində 119 soydaşımıza miqrasiya məsələlərində dəstək göstərilib, bununla əlaqədar "Tibbi Siğorta" ilə təmin olunmalarına yardım edilib, 26 soydaşımıza müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər verilib, onlara lazımi sənədlərin hazırlanması və əldə edilməsində, səlahiyyətli dövlət qurumlarına müraciət edilməsində köməklik olunub. COVID-19 pandemiyası səbəbindən hüquqi məsələlərlə bağlı çətinliklə üzləşmiş soydaşlarımızla çoxsaylı telefon danışıqları aparılıb, onların sosial media platformaları üzərindən sualları cavablandırılıb və hüquqi məsləhətlər verilib.

Soydaşlarımıza hüquqi məsləhətərin verilməsi və mübahisəli məsələlərin izah olunması prosesi Ankara Universiteti Sosial elmlər və hüquq fakültəsinin dosenti, hüquqşünas Ləman Süleymanlı tərəfindən təmin edilib. 


Layihənin davamlı olaraq həyat keçirilməsi nəzərdə tutulur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol