• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın keçmiş vəkili sorğuya çəkilir

Trampın keçmiş vəkili sorğuya çəkilir
19.02.2021 18:30
ABŞ-da Nyu-York Prokurorluğunda ölkənin keçmiş liderinin maliyyə fəaliyyətlərinə dair istintaq çərçivəsində onun keçmiş vəkili Maykl Koen dindirilib.

Bu barədə "Reuters” mənbələrə istinadən xəbər yayır.

Təfərrüat açıqlanmasa da, hökumətin "Trump Organization”ın maliyyə əməliyyatları barədə vəkilin nə deyəcəyi ilə maraqlandığı bildirilir.

Qeyd edilir ki, Koen artıq beşinci dəfədir ki, sorğuya çəkilir.

Sözügedən istintaqla bağlı yaxın zamanlarda başqa bir neçə nəfərin də dindirilməsi planlaşdırılır.

Koen 2018-ci ilin dekabrında vergidən yayınma, seçki kampaniyası qabağı maliyyə pozuntuları, bank fırıldaqçılığı və ABŞ maliyyə qurumlarına yalan məlumat vermək kimi bir sıra cinayətlərə görə üç il həbs cəzasına məhkum edilib. Maliyyələşdirmə qaydalarının pozulması seçki kampaniyası üçün ayrılan vəsaitlərin düzgün istifadə edilməməsi ilə əlaqələndirilib.

Bildirilir ki, bu vəsaitlərin bir hissəsi Trampın keçmişdə nikahdan kənar əlaqələr qurduğunu iddia edilən iki qadının susması üçün ödənilib.

2019-cu ildə vəkil Sayrus Vens Trampın və onun "Trump Organization” şirkətinə 2011-ci ildən bəri vergi ödəmələri barədə məlumat təqdim etməsi üçün çağırış göndərib. Prokuror iştirak etdiyi məhkəmə prosesi ilə əlaqədar olaraq bu materiallar ilə tanış olmasının vacibliyini vurğulayıb. Bu sənədlərə Trampın keçmişdə münasibət qurduğunu iddia edilən qadınlara susması üçün pul ödəməsi, vergi və bank sahələrində mümkün qanun pozuntuları aiddir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol