• $
  • €
  • ₽
  • ₺
  • £

Kanada Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

Kanada Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı
23.02.2021 20:00
Kanada Federal Parlamenti Çinin uyğur türklərinə qarşı törətdiklərini "soyqırımı” olaraq qəbul edən qanunu təsdiqləyib.

"Anadolu” agentliyi xəbər verir ki, ölkədə müxalif Mühafizəkarlar partiyasının Vellinqtondan olan millət vəkili Maykl Çonq tərəfindən plenar iclasa təqdim edilən "Çində dini azlıqlar” adlı qanun layihəsi səsə qoyulub.

Səsvermədə müstəqil və müxalifət partiyalarından 184, hakim Liberal partiyasından isə 82 nəfər olmaqla 266 millət vəkili iştirak edib. Qanun layihəsi yekdilliklə qəbul olunub. Digər tərəfdən, Kanada Xarici İşlər naziri Mark Qarno parlamentdəki səsvermədən dərhal sonra qərarla əlaqədar yazılı açıqlama verib.
 
O bildirib ki, Sincan (Sintszyan) Uyğur Muxtar rayonunda özbaşına həbslər, məcburi iş, işgəncə kimi insan haqları pozuntularına dair dəhşətli xəbərlər bizi narahat etməyə davam edir.

Kanadalı nazir qeyd edib ki, Kanada hökuməti soyqırım iddialarına çox ciddi yanaşır: "Bu iddiaların müstəqil beynəlxalq hüquq ekspertləri orqanı tərəfindən araşdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyin lazım olduğuna inanırıq”.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol