• $
  • €
  • ₽
  • ₺
  • £

Tailandda toqquşmalar zamanı 33 nəfər xəsarət alıb

Tailandda toqquşmalar zamanı 33 nəfər xəsarət alıb
01.03.2021 21:00
Tailandın Baş naziri Prayut Çan-Oçinin iqamətgahı qarşısında dünən keçirilən etiraz aksiyasında yaşanan polislə toqquşmalar zamanı 33 nəfər xəsarət alıb.

Anews.az TASS-a istinadən xəbər verir ki, bu barədə "ThaiPBS” telekanalı "Eravan” Təcili Tibb Mərkəzinə istinadla məlumat yayıb.

Məlumata görə, 23 polis əməkdaşı və 10 hökumət əleyhinə olan fəal xəsarət alıb. Onların hamısı müxtəlif tibb müəssisələrinə çatdırılıb. Bundan əlavə, bir hüquq-mühafizə orqanı əməkdaşının ürək tutması səbəbindən öldüyü də məlum olub. O, etiraz aksiyasından xəstəxanaya aparılsa da, orada keçinib.

Bu arada polis 22 nümayişçinin saxlandığını açıqlayıb. Onlar fövqəladə hal barədə qərarı, infeksiyanın yayılmasına qarşı mübarizə haqqında qanunu pozmaqda və əmlaka ziyan vurmaqda təqsirləndiriləcəklər.

Fevralın 28-də Qələbə abidəsi yaxınlığında növbəti antihökumət mitinqi başlayıb, minlərlə etirazçı bir gün əvvəldən konteynerlər və tikanlı məftillərlə "hasara alınmış” baş nazirin iqamətgahına doğru yönəlib. Fəallar baş nazirin istefasını, ölkə konstitusiyasına düzəlişlər edilməsini və monarxiyada islahatlar aparılmasını tələb ediblər.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol