• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə XİN Makronun sözlərinə - Cavab verdi

Türkiyə XİN Makronun sözlərinə - Cavab verdi
24.03.2021 23:43
Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fransa Prezidenti Emmanuel Makronun fransız televiziya kanalına verdiyi müsahibədəki ifadələrini şərh edib.

Anews.az xəbər verir ki, H.Aksoy Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqındakı sözləri və Türkiyənin Fransa seçkilərinə müdaxilə edəcəyinə dair açıqlamasına sərt reaksiya göstərib.

"Ölkələrimiz arasındakı dostluq və müttəfiqlik əlaqəsi əleyhinə istifadə etdiyi ifadələri qəbuledilməz hesab edirik. İki ölkə arasında yaşanan gərginliklərin yerinin sükunət və dostluq alması üçün addımlar atdığımız bu dönəmdə cənab Makronun bu açıqlamalarının uğursuz olduğunu düşünürük”, - o deyib.

XİN sözçüsü Makronun Türkiyənin Franasanın daxili siyasətinə müdaxilə ilə bağlı açıqlamasına da münasibət bildirib:
"Cənab Makronun Türkiyənin Fransanın daxili siyasətinə gələcək seçkilər üzərindən müdaxilə edəcəyi barədə irəli sürdüyü iddia ölkədə yaşayan əcnəbi mənşəli toplumları özgələşdirir və bunu təhlükəli hesab edirik.

Türkiyənin Fransada yaşayan təxminən 800 min türk toplumunun rifahı, könül rahatlığı və uyğunlaşması xaricində, Fransanın daxili siyasəti ilə əlaqəli bir gündəmi yoxdur. Fransanın da Türkiyə mövzusunda xüsusən seçki ərəfələrində daxili siyasət müzakirəsi açmaması ən haqlı gözləntimizdir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol