• $
  • €
  • ₽
  • ₺
  • £

“Amnesty İnternational”: Pandemiya dünyanın əməkdaşlığa qabil olmadığını göstərdi

“Amnesty İnternational”: Pandemiya dünyanın əməkdaşlığa qabil olmadığını göstərdi
08.04.2021 23:59
COVID-19 pandemiyası hakimiyyətdən sui-istifadənin dağıdıcı nəticələrini üzə çıxardı. Peyvəndləmə imkanlarının istər ölkələr daxilində, istərsə də ölkələr arasında bərabərliyi təmin edilməlidir.

Bu barədə "Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının 2020-2021-ci illərə dair hesabatında bildirilir.

"COVID-19 pandemiyası bəlkə də nə olduğumuzu göstərməsə də, necə olmamağımızın vacibliyini çox dəqiq və açıq şəkildə üzə çıxardı. Bunu görən insanlar üsyana qalxdılar. Bərabərsizliyə qarşı, çox vaxt qaraları, yoxsulları, evsizləri, azlıqları hədəf alan polis zorakılığına qarşı üsyana qalxdılar. Təcrid olunmağa, patriarxlığa, imtiyazpərəst rəhbərliyin nifrət çağırışları və amansızlığına qarşı qalxdılar. "Black Lives Matter” və "MeToo” hərəkatlarının tələbləri bütün dünyada əks-səda doğurub”, – hesabatda qeyd olunur.

Bununla yanaşı dünya liderləri arasında "bayağılıq, yalan, eqoistlik, aldatma miqyası”nın da artdığı bildirilir: "Bu sətirlər yazılırkən dünyanın ən zəngin ölkələri bütün peyvənd ehtiyatlarını az qala bütövlüklə ələ keçirib, kasıb ölkələr qarşısında isə insanların sağlamlığı və insan hüquqları üçün ağır fəsadlarla üzləşmək, bununla da uzunmüddətli sosial-iqtisadi tənəzzül perspektivi durub. Milyonlarla insanın öldüyü, milyonlarla digərlərinin də yaşamaq vasitələrindən məhrum olduğu bir vaxtda dünyanın ən zəngin şəxslərinin varidatının artmasına, nəhəng texnologiya şirkətlərinin gəlirlərində sıçrayış olmasına, bütün maliyyə mərkəzlərində fond bazarlarının artmasına necə baxmalıyıq? Ən başlıcası, onlar pandemiyanın yükünü ədalətli bölüşdürmək, sonrakı dövrdə dayanıqlı, ədalətli, bərabər dirçəlişi təmin etmək üçün hansı təkliflər ortaya çıxara bilərlər? 2021-ci ilin əvvəlində olan vəziyyətə görə onlar buna dair hələ də sükutu pozmayıblar. İqtisadi qloballaşmanın bu dəfə də, həm də pandemiya dövründə ən aza malik olanların ən çox verməli olmaları mənasına gəlməsi necə ola bilər?”

Hesabat müəlliflərinə görə, pandemiya dünyanın bərabər əsasla səmərəli əməkdaşlığa aciz olduğunu ortaya qoyub: "Hökumətlər peyvənd dərmanlarının sürətli istehsalına və hər kəsə çatdırılmasına təcili tədbirlər görməlidir. Bu, dünyanın əməkdaşlıq qabiliyyəti üçün ən təməl, bəsit sınaqdır: qlobal düşünərək məhəlli addımlar atmaq, uzun gələcəyə plan qurmaq”.

Hər kəsin əldə edə biləcəyi sərfəli qiymətə məqbul dərmanları və müalicəni təmin etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyi də qeyd olunur. COVAX mexanizmi dərmanların daha çox ölkələrə çatdırılmasına dair müsbət təşəbbüslərdən biri olsa da, ABŞ və Rusiyanın kənara çəkilməsi, zəngin ölkələrin dərmanları ələ keçirmələri, şirkətlərin əqli mülkiyyəti bölüşməkdən boyun qaçırmaları həmin mexanizmin fəaliyyətini pozdu. 90-dan çox ölkədə tətbiq olunan ixracat məhdudiyyətləri üzündən tibbi avadanlıq və ləvazimat, əczaçılıq məmulatları, ərzaq tədarükü pozuldu. COVID-19-la bağlı əqli mülkiyyət hüququnun ləğv olunmasına dair Dünya Ticarət Təşkilatının təşəbbüsü zəngin ölkələr tərəfindən əngəlləndi. Həmçinin G20 qrupu yoxsul ölkələrin borclarını qismən dayandırmaqla bağlı razılığa gəlsə də, cari böhrana birgə cavab addımlarına dair vahid hədəf müəyyənləşdirmədi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol