• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan onun avtomobil kortejini saxlayanların sərt cəzalandırılmasını tələb edib

Paşinyan onun avtomobil kortejini saxlayanların sərt cəzalandırılmasını tələb edib
21.04.2021 20:25
Ermənistan baş naziri Nikol Paşinyan Qafanda keçirilən müşavirə zamanı güc strukturlarının rəhbərlərinə onun Meğri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını müəyyənləşdirib cəzalandırmağı tapşırıb.
"Report” xəbər verir ki, bu barədə "Novosti Armeniya” məlumat yayıb.
"Meğridəki insidentə toxunmaq istərdim. Aydın məsələdir ki, qanun pozulub. Respublikanın hüquq-mühafizə orqanlarının aydın və sərt reaksiya verəcəyini gözləyirəm, çünki Ermənistanda cəzasızlıq ab-havasının yaranmasına yol vermək olmaz”, - N.Paşinyan deyib.
İstintaq Komitəsinin nümayəndəsi baş nazirə cinayət işi açmaq üçün materialların hazırlandığını, eyni zamanda İstintaq Komitəsinə göndərilən cinayət işlərinin də olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş nazirinin Sünik (Zəngəzur) vilayətinə səfərinin qalmaqallı olduğu xəbər verilmişdi. Etiraz aksiyasının iştirakçılarının Paşinyanın avtomobil kortejinin qarşısına çıxdığı, baş naziri xəyanətdə ittiham etmələri və ondan vilayəti tərk etməyi tələb etdikləri yayılan məlumatları sırasında idi. Ara-sıra etirazçılarla polis arasında toqquşmalar da yaşanıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol