• $
  • €
  • ₽
  • ₺
  • £

Koçaryanın bloku seçkilərin nəticələrini tanımır

Koçaryanın bloku seçkilərin nəticələrini tanımır
21.06.2021 08:56
Bütün problemli məsələlər aydınlaşdırılmayınca və şübhələrə son qoyulmayınca seçkilərin nəticələrini qəbul etməyəcək

Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq prezident Robert Koçaryanın rəhbəri olduğu "Ermənistan" blokunun bəyanatında deyilir.

Blokdan bildirilib ki, növbədənkənar parlament seçkilərinin dərc edilmiş nəticələri olduqca ziddir və etimada səbəb olmur: "Onlar ictimai həyatın (hansıların ki, 8 ay ərzində şahidi olduq) müxtəlif təzahürləri ilə, sorğuların nəticələri, həmçinin beynəlxalq sorğularla, eləcə də sağlam düşüncə ilə kəskin ziddiyyət təşkil edir".

Müxalifət qüvvələrinin təşviqat kampaniyasının gedişatında keçirilmiş izdihamlı mitinqləri və hakimiyyət orqanları tərəfindən keçirilmiş kiçik tədbirlər zamanı etimad böhranı tamamilə fərqli ictimai hisslərin mövcudluğunu göstərib.

"Etimadsızlığın ən ciddi əsası seçki günü müxtəlif seçki məntəqələrindən gələn yüzlərlə siqnaldır ki, bu da seçki nəticələrinin sistemli, əvvəlcədən planlaşdırılan saxtalaşdırılmasına şahidlik edir. "Ermənistan" bloku, iddia edilən pozuntularla bağlı dərhal dərin və əsaslı bir araşdırma aparmaq vəzifəsini qaldırır", - bəyanatda deyilir.

Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, dünən keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub. Seçki məntəqələrinin 437-nin yaxıd 21 %-nin nəticələrinin hesablanmasından sonra Paşinyanın partiyasının 59,49 % seçici səsi topladığı məlum olub. Seçkilərdə onun əsas rəqibi olan Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna isə 18,14 % seçici səs verib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol