• $
  • €
  • ₽
  • ₺
  • £

“Səfirliklər səhvlərindən geri döndülər” - Ərdoğan

“Səfirliklər səhvlərindən geri döndülər” - Ərdoğan
25.10.2021 23:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra 10 səfirin Osman Kavala ilə bağlı çağırışdan sonra geri addım atmasından danışıb.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bir daha belə yanlışa yol verilməyəcəyinə inandığını deyib: 
"Keçmişdə uzun müddət bu düşüncə ilə ölkəmizi yönləndirənlər, Türkiyə artıq öz mövqeyini sərgiləyincə təşvişə düşdülər. Türkiyənin nəzakətini zəif cəhət olaraq görənlər. keçmişdəki vərdişlərinə yönələnlər etdikləri yanlışı qəbul etmədikləri müddətdə cavablarını alacaqlar. Son zamanlar bəzi ölkələrin səfirliklərindən edilən açıqlamaları da eyni şəkildə qəbul edirik. Bu münasibət ölkəmizdəki məhkəmə sisteminə, hakimlərimizə, vəkillərimizə qarşı təhqirdir. Türk məhkəməsi heç kimdən təlimat almır, kimsənin əmri ilə oturub-durmur. Türkiyənin məqsədi böhran yaratmaq deyil. Ölkənin şərəfini, qürurunu, heysiyyatını qorumaqdır. Dünyada ədalətsizliklər baş verərkən Türkiyəni dilinə dolayanların məqsədinin haqq-hüquq olduğuna bizi kimsə inandıra bilməz. Bu gün səfirliklərdən verilən açıqlama ilə səhvlərdən geri addım atıldı. Ölkəmizin müstəqilliyinə hörmət etməyən hər kəs titulundan asılı olmayaraq bu ölkədə qala bilməz”. 

Xatırladaq ki,  ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya iş adamı Osman Kavalanın azad edilməsi ilə bağlı birgə bəyanat səsləndirmişdilər. İlk olaraq ABŞ səfirliyi, daha sonra isə digər ölkələrin diplomatik nümayəndəlikləri bu gün geri addım ataraq Türkiyənin daxili işlərinə qarışmadıqlarını bəyan ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol