• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlanıb

Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlanıb
31.10.2021 09:32
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu ilə əlaqədar "exit-poll”un ilkin nəticələri elan edilib.

"Qafqazinfo” xəbər verir ki, əsas diqqət paytaxt Tbilisinin meri vəzifəsinə seçkilərə yönəlib.

Gürcüstanda hakimiyyətə yaxtın "İmedi” telekanalının sifariş etdiyi "exit-poll”a əsasən, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının namizədi Kaxa Kaladze 57,2 faiz, Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 42,8 faiz səs toplayıb.

Nəticələrə görə, "Gürcü Arzusu”nun Rustavi, Kutaisi və Batumi meri vəzifələrinə namizədləri də 50 faizdən çox səs toplayıblar.
Müxalif "Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş "exit-poll”a əsasən isə K.Kaladze 49 faiz, N.Meliya isə 51 faiz səs qazanıb.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 faiz olub.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkə üzrə 1 025 406 seçici səsvermə hüququndan istifadə edib.

Seçkilərin oktyabrın 2-də keçirilən ilk turunda isə seçici fəallığı 51,92 faiz təşkil etmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol