• $
  • €
  • ₽
  • ₺
  • £

40 ölkə bu məhsuldan imtina edəcək

40 ölkə bu məhsuldan imtina edəcək
05.11.2021 10:21
Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP 26 İqlim Dəyişikliyi Konfransında 40-dan çox ölkə kömürdən istifadəni dayandırmağı vəd edib.
 

Böyük Britaniya, Polşa, Vyetnam və Çili kimi aparıcı kömür istifadəçiləri də daxil olmaqla 40-dan çox ölkə kömürdən istifadəni dayandırmağı öhdəsinə götürüb.

Müqaviləni imzalayanlar elektrik enerjisi istehsalında kömürdən istifadəyə dair bütün yerli və beynəlxalq investisiyaları dayandırmağı planlaşdırırlar.

Böyük iqtisadiyyatlar 2030-cu ilə qədər, daha kasıb ölkələr isə 2040-cı ilə qədər kömür enerjisini mərhələli şəkildə dayandırmağa razılaşıblar. Bir çox iri banklar kömür sənayesini maliyyələşdirməyi dayandırmağa söz verib.
 
Çin, ABŞ, Avstraliya və Hindistan da daxil olmaqla dünyanın ən çox kömürdən asılı olan bəzi ölkələri isə bu öhdəliyə qoşulmayıb.

Azərbaycan konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə "netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə "Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb. 
 
Fidan Salmanova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol