• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilinin səhhəti ilə bağlı həkimindən - Açıqlama

Saakaşvilinin səhhəti ilə bağlı həkimindən - Açıqlama
22.11.2021 20:32
"Üçüncü kritik gün arxada qalıb, Gürcüstanın eks-prezidenti Saakaşvilinin vəziyyəti stabilləşib”.

"Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bunu Saakaşvilini müayinə edən endokrinoloq, həkimlər şurasının üzvü Elene Qiorqadze deyib. 

"Bütün həkimlər və xəstənin də özü razıdır. Vəziyyəti stabildir. Exokardioqrafiyadan keçib, heç nə onu narahat etməsə də, göstəriciləri normaldır. Məlum oldu ki, zülal yavaş-yavaş tənzimlənməyə başlayıb və biz tədricən vitaminlərin dozasını azaldırıq”, - deyə Qiorqadze bildirib. 

Onun sözlərinə görə, sabahdan müşahidənin yeni mərhələsi başlayacaq, bundan sonra kalori qəbulu genişləndiriləcək və qida rasionuna yeni məhsullar daxil ediləcək. Artıq gələn bazar ertəsi, üç həftə ərzində təqib edilməli olan yeni bir pəhriz təyin ediləcək. Qiorqadze söz verib ki, təyinat günü jurnalistlərə onun haqqında özü məlumat verəcək.

Müalicə prosesi başa çatdıqdan sonra Saakaşvili Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməyə davam edəcək. Müddət onun bu il oktyabrın 1-də həbs edildiyi andan başlayır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol